17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi A. Məmmədovanın itkin düşməsi xəbərinə münasibət bildirib.
Sozcu.info xəbər verir ki, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Open.az-a açıqlamasında bildirib ki, həmin tələbə son iki gündə heç bir dərsdə iştirak etməyib və onun harada olmasından məlumatsızdırlar.
Məsələ ilə bağlı araşdırma aparılır.
***
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.
Sozcu.info xəbər verir ki, paytaxt sakini 1985-cü il təvəllüdlü Gülmira Əbilova 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan dayısı qızı, 1998-ci il təvəllüdlü Məmmədova Ayza Şahin qızının noyabrın 22-də saat 08 radələrində oxuduğu Bakı Dövlət Univeristetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
O bildirib ki, A. Məmmədova BDU-nun Jurnalistika fakültəsinin 3 kurs tələbəsidir.
Axtarış tədbirləri həyata keçirilir.