“Anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə…” –Deputat Mirşahinin müdafiəsinə qalxdı

“Anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə…” –Deputat Mirşahinin müdafiəsinə qalxdı

 

"Mir Şahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır".

Sözçu.info xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz:

"Məlum ifadəsinə gəldikdə isə, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə, hətta Mir Şahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır?

Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz tənqid edin, bu tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin?".

Sonda deputat "Real TV"yə arzusunu çatdırıb: "Mir Şahinə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzulayıram".



Oxşar Xəbərlər

Xəbər lenti