Bakıda dəhşətli qətl – DİN keçmiş arvadını və onun bibisini yandıran şəxslə bağlı məlumat yaydı

Bakıda dəhşətli qətl –

 Daxili İşlər Nazirliyi Bakıda keçmiş arvadını və onun bibisini öldürərək, yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynovmünaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra "Azadlıq” prospektində özünü avtobusun altına atıb.

Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti