8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Hüseynov 2013-cü ildən bəri biznes işləri üçün alınan və verilən pulların qeydini apardığı 5 kitabçanı məhkəməyə təqdim edib.
İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul "atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.
R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. Qeyd edək ki, təqsirləndirilən qardaşlar "Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.
Məhkəməyə təqdim edilən bu kitabçada bir neçə vəzifəli şəxsin adı keçib. Həmin adamlar verdikləri pulların müqabilində faiz alıblar. Pul isə Arif Əsgərovun oğlu Elnar Əsgərovla birgə iş qurmaq üçün verilib.
R.Hüseynov bildirib ki, özü ordan götürdüyü pulla bir bağ evi tikdirib, həbs olunanda da həmin ev əlindən alınıb.
Kitabçada qeyd edilib ki, "Azərbaycan Dəmir Yolları” QSC-də vəzifə tutan Rizvan Rzayev İlyas oğlu R.Hüseynova bir neçə milyon verib və təxminən 4 qat artığını alıb. Qeyd edək ki, Rizvan Rzayev "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəisi Arif Əsgərovun bacanağıdır və 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib. İdarədə başqa yüksək vəzifə tutan Hsaməddin Məlikov 1,3 milyon avro verərək 4 milyon avro aldığı yazılıb. Qeydlərə görə, bu biznesin ümumi dövriyyəsi 20-25 milyon olub.
Hakim bildirib ki, R.Rzayev və H.Məlikov mayın 25-də keçiriləcək məhkəmə iclasına dəvət edilərək dindiriləcəklər.
Sozcu.info