8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Bağırov şahid qismində ifadə verib.
Vüqar Bağırov 2013-2014-cü illərdə Elnar Əsgərov və Rahib Hüseynovla iş birliyinin olduğunu qeyd edərək, gəlir əldə etmək üçün 3,6 milyon dollar pul verdiyini bildirdi. Gəlir 11-15% dəyərində olmalı idi. Rahib mənə 694 min dollar gəir verdi, 775 850 dollar isə borculu qaldı.
Lakin R.Hüseynovun ekspertizadan keçmiş kitabçasını dəlil kimi əldə rəhbər tutan hakim heyəti V.Bağırovun yalan ifadə verdiyini açıqlayaraq pul miqdarının 3,6 milyon dollar yox, 1 287 150 dollari olduğunu, əvəzində isə faizləri ilə birgə 1 981 880 aldığını faktlarla ortaya qoydular.
R.Hüseynovun vəkili Sevil xanım Hacıyeva da V.Bağırovun yalanını üzər çıxaraq, yalnız 694 730 dollar deyil, əlavə olaraq 182 150 manat da aldığını faktlarla sübut etdi.
Daha sonra həm hakim heyəti, həm də müdafiə tərəf V.Bağırova aşağıdakı sualları verdilər:
-Siz hansı işlə məşğulsunuz, bu qədər pul sizdə hardandı, gəlirdən dövlətə 10 % vergini niyə ödəməmisiniz?
Suallara cavab olaraq V.Bağırov bildirdi ki, 2011-ci ilə qədər "Zaminbank"da işləmişəm, ondan sonra E.Əsgərov və R.Hüseynovla iş birliyinə başlamışam. Pullar dədə-babamdan, atamdan qalan pullardı. Vergiyə gəlincə mən faizlə pul verməmişəm, sadəcə pul qazanmışam.
Bu gülünc və təhrif olunmuş cavabdan sonra V.Bağırovun vergidən yayınması ilə bağlı ayrıca tədqiqat aparılmasına dair vəkil S.Hacıyeva iddia qaldırdı.
- R.Hüseynovdan başqa kimlərə pul vermisiniz?
-Rahibin qardaşı Emilə və Elnar Əsgərova.
- R.Hüseynov 160 manat maaş alan dövlət işçisi olub, siz necə risk edərək, külli miqdarda ona pul vermisiniz?
-Mənə dedilər ki, sənin işin ancaq bizə pul verib gəlir götürməkdi, qalanı sənlik deyil, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bizim ailə biznesimizdi.
-Bu sözləri sizə R.Hüseynov dedi?
-Xeyr, tək o yox, Elnar Əsgərovda dedi.
-Deməli R.Hüseynovun vasitəçisi olmadan da birbaşa E.Əsgərovla haqq-hesabınız olub?
-Ümumilikdə iş birliyim E.Əsgərov, R.Hüseynov və onun qardaşı Emillə olub.
Növbəti məhkəmə prossesi iyulun 4-ü saat 14.00-da keçirləcək.
Sonda Rahib Hüseynov və vəkili Sevil Hacıyeva bu prosseslə baglı münasibətlərini bildirdilər.
-Rahib bəy bu gün V.Bağırov məhkəmədə fərqli pul miqdarı qeyd etdi, bunun səbəbi nədi?
-O, tamamilə yalan deyir, çünki bütün rəqəmlər eksperizadan keçmiş kitabçamda var. Görünür V.Babayev dolları bu günki, məzənnə ilə hesablayaraq artırır.
-Pullar sizin vasitənizlə E.Əsgərova çatdırılıb?
-1.2 milyon dolları mənə verib, mən də həmin günün axşamı Elnara çatdırmışam, amma faizlərin hamısını birbaşa E.Əsgərov özü ona verib, onlar daha çox birlikdə olurdular. V.Bağırov Elnarın ofisində otururdu.
-Faiz dərcəsi nə qədər idi?
-15 faiz.
-V.Bağırov uzun müddətdi heç yerdə çalışmadığını qeyd elədi. Sizcə yüksək vəzifə sahibi olmayan həmin şəxsin 1.2 milyon dollar pul haradandır?
-O, əvvəllər "Zaminbank”da çalışıb, 2011-ci ildə fırıldaqçılığına görə bankdan qovublar. Görünür məharətlə gizlin pulları yığa bilib və hüquq-mühafizə orqanlarının nəzarətindən yayınıb. Qısası onun saxlancda pulları çox olub.
-Sevil xanım, bu günki proseslə bağlı nə deyə bilərsiniz?
-Ekspertizanın rəyi əsasında əlimizdə Rahib bəyin kitabçası var. V.Bağırov təmamilə artırılmış rəqəm söylədi, həmçinin aldığı faizdən 182 850 manatı da gizlətməyə çalışdı. Qazandığı gəlirdən dövlətə vergi verməyib, bu işi böyüdəcəyik. Ümumilikdə bütün şahidlərin hamısı ifadə verdikdən sonra, məhkəməyə yalan ifadə verənlərin hamısı ilə bağlı hakim heyətinə rəyimi bildirəcəm.
Abdulla İsmayıloğlu,
"Yeni Sözçü” qəzeti