Cənab Prezidentin xalqa müraciəti

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Onlar əvvəlcə Qız Qalasının qarşısındakı meydana gəldilər. Birinci Bahar qız Dövlətimizin başçısına səməni təqdim etdi. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Sonra dövlət başçısı Bayram şənliyində öz çıxışını söylədi. Əziz dostlar, mən bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir. Milli mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır, köklər üzərində qurulmuşdur. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr bu uğurla inkişaf edə bilər. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdəndir. Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan ölkədir və bir neçə gün bundan öncə 6-cı Qlobal Bakı Forumu keçirilmişdir. Bu forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan dövlət və hökumət başçıları iştirak etmişdir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının Xarici işlər nazirlarinin konfransı olacaqdır. Qeyd edirəm ki, bu formatların təşəbbüskarı Azərbaycan dövləti olmuşdur. Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Ermənistan xalqı çox ciddi fikirləşməlidir ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Onlar siyası səhnədə həmişə məğlub olublar.

Bütün təşkilatlar BMT, ATƏT, AŞPA, Avropa parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Azərbaycan dövləti uğurla inkişaf edir, iqtisadi sahədə də böyük uğurlara imza atır.Bir indi qədim Qız Qalasının önündə bu bayramı qeyd edirik. Qız Qalası Bakının qədim rəmzidir və Tarixi abidəmizdir. Bakının gələcək inkişafı ilə bağlı böyük planlarımız var. İlk növbədə nəqliyyat problemlərin həll olunur. Onlarla körpü yol qovşağı tikilmişdir. Əminəmki Azərbaycan uğurla inkişaf edəcək və ölkəmiz bundan sonra bir çox ölkələr üçün nümunə paytaxtla yanaşı Azərbaycanın regionlarında fəal qoşulduğu yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı əl işləri, milli mətbəximizə aid məhsullar təqdim olunmuşdur.
Xalqımızın qədim ənənələrini, mətbəxini, məişətini əks etdirən stendlər milli parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn adət ənənələrini illər boyu yaşadan keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan Azərbaycan Respublikasının Prezidenti və onun xanımı Bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə ilə bir daha xoş arzularını yetirdi 

Fikrət Quliyev

Yeni Suraxanı Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}