ABŞ-ın MƏXFİ PEYKİNİN ARXASINDA NƏ VAR?

ABŞ-ın MƏXFİ PEYKİNİN ARXASINDA NƏ VAR?

 

ABŞ-ın kosmik nəqliyyat şirkəti olan "Space X” ABŞ hökuməti ilə birlikdə həyata keçirdiyi Zuma missiyasını dünən tamamlayıb. "Zuma”nın nə olduğu və ABŞ-ın hansı təşkilatına məxsus olduğu da sirr kimi gizli saxlanılır.

Zuma adlanan peykin hansı orbitə göndərildiyi açıqlanmır. Floridada yerləşən Hava Qüvvələri bazasından səmaya qalxan və Zuma peykini daşıyan "Falkon” raketi müvəffəqiyyətli şəkildə geri qayıdıb.

Amerikalı sahibkar Elona Maskın qurduğu "Space X” şirkəti dəfələrlə kosmosa peyk göndərib. Bundan əvvəl keçirdiyi sınaqlar və peyk göndərişləri məsələləri barədə informasiyalarda olduqca şəffaf olan "Space X” şirkətinin, Amerika hökuməti ilə birgə Zuma proqramı barəsinə məlumatları gizli saxlaması maraq oyandırıb.

"Zuma”, dünyanı qutaracaq?

Peyk ilə bağlı məlumatların gizli saxlanılması fərziyyəçilərin ideyalarını irəli sürməsinə səbəb olub. İddia edirlər ki, bu plan, Yer planeti ilə toqquşması gözlənilən göy cisminin, Nibiru və ya X planetinin qarşısını almağa yönəlib. "Space X” və ABŞ hökuməti isə bunun qarşısını almağa çalışır.

NASA təkzib edir

Lakin Nibiru planetinin varlığı barəsindəki iddialar Amerikanın NASA şirkəti tərəfindən təkzib edilir. Bu planet ilə bağlı iddialar Şumer dövründən qaynaqlanır.



Oxşar Xəbərlər

Xəbər lenti