11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
İran ordusunun Baş Qərargahının sözçüsü, general Əbülfəz Şikarçı ABŞ-ın hərbi bazalarına endirdikləri hava zərbələrinin davamının olacağını bəyan edib.
Sozcu.info xəbər verir ki, Fars agentliyinə danışan general Şikarçı ABŞ ordusunun bölgədən çəkilənə qədər hücumlarının davam edəcəyini deyib: "Axşamkı raket zərbələrimiz təsdiq etdi ki, ABŞ-ın, əslində, təriflədiyi müdafiə sistemləri belə yoxdur. Vurduğumuz hərbi baza ən böyük və ən müasir təhcizatlı olsa da, raketlərimizi durdura bilmədilər. Bu, bölgədə ABŞ-la birgə hərəkət edən dövlətlər üçün də bir dərs olmalıdır".
General daha sonra deyib ki, ötən gün endirdikləri raket zərbələrini intiqamlarının bitməsi kimi görmürlər: "Əsl intiqam elə bir səviyyədə olacaq ki, amerikalılar hər şeylərini bölgədən toplayıb, getmək məcburiyyətində qalacaq".