Burak Özçivitdən azərbaycanlı modelə təklif gəlib

 

"Kardeşim benim 2” filminin Bakıdakı premyerasına qatılan türkiyəli aktyor Burak Özçivit azərbaycanlı fotomodel Turanə Muhmudova ilə görüşüb.

Məlumata görə, aktyor cazibədar modelə birgə əməkdaşlıq təklif edib. Bu film və serial sahəsində baş tutacaq. Model yayılan məlumatı təsdiqləyib. Bildirib ki, yaxın günlərdə səsi qardaş ölkədən gələcək. Fotomodel həmçinin qeyd edib ki, bu film işi onun üçün ilk olacaq.

Qeyd edək ki, Turanə Mahmudova xüsusilə tanınmış brendlərin simasıdır.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti