"İstəməzdik ki, Ermənistan da Ukraynanın taleyini yaşasın" - Rusiya

Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova Ukraynanın da Qərbin toruna düşdüyünü, gözəl gələcək vədi ilə ortalıqda qaldığını deyib və Ermənistanın da bu taleyi yaşamasını istəmədiklərini söyləyib.
Zaxarova deyib: "Yenidən baş verməsə yaxşıdır. Ümidvaram ki, istərdim ki, Ermənistanın da başına bu gəlməsin. Ermənistan ağır tarixi yoldan keçib, həmin yolda mürəkkəb ərazi mübahisələrində, münaqişələrdə olub. Bu ölkə Qərbin çirkli siyasətçilərinin əlində qəpik-qupuşa çevrilib xırdalanmağa yox, sülh içərisində yaşamağa layiqdir". 
Zaxarova Rusiyanın səmimi şəkildə Ermənistana sülh arzuladığını da deyib: "Biz bu dövlətə ürəkdən sülh, sabitlik və çiçəklənmə arzulayırıq. Həm bu ölkəyə və xalqa sevgiyə görə, həm praqmatiklik səbəbindən, həm də bu rifahın ümumilikdə bölgənin rifahına təsir eləməsi səbəbindən. Lakin biz təəssüflə görürük ki, Ukraynanı oyuna salıb "sındıran" Qərb onu başı-ayağı qopmuş nimdaş kukla kimi küncə atdıqdan sonra yeni qurban axtarmağa başlayıb. Kaş bu yeni qurban Ermənistan olmasın - onu aldadıb tələyə sala bilərlər".
Diplomat Avropa İttifaqının Ermənistanı regiona giriş nöqtəsi kimi gördüyünü deyib.
Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}