“QASİM SÜLEYMANİ HARİZMATİK LİDERDİR” –ABŞ qoşunlarının Suriyadan çıxarılmasından danışan təqaüdçü generaldan etiraf

“QASİM SÜLEYMANİ HARİZMATİK LİDERDİR” –ABŞ qoşunlarının Suriyadan çıxarılmasından danışan təqaüdçü generaldan etiraf

 

"Qasim Süleymani harizmatik liderdir”. Bunu ABŞ ordusunun təqaüdçü generali və Ortaq Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş rəhbəri Stenli MakKristal deyib.

Sozcu.info  xəbər verir ki, müəllifi olduğu "Qlobal Liderlər: Əfsanə və Realizm” adlı kitabı ilə bağlı müsahibə verən MakKristal əvvəlcə ABŞ prezidentinin qoşunları Suriyadan çıxarmaq qərarını şərh edib: "Bu, pis bir qərardır, məncə, bölgədəki təsirimizi itiririk. Əlbəttə, bu sahədəki əsgərlərimiz, dənizçilərimiz və təyyarəçilərimizlə bağlı riskə getmək istəmirik. Amma orada təsir vasitəmiz olmalıdır, bu isə bölgədəa mövcudluq deməkdir”.

Bu qərarın bölgədə Vaşinqtonun siyasətində necə iz qoyacağına dair suala cavab olaraq, təqaüdçü general deyib ki, Amerika qüvvələrinin Suriyadan çıxarılması təkcə İraqdakı bütün uğurları yox, həm də Qərbi Asiyanın sabitliyini təhdid edir.

İŞİD-in tam məğlub edilməsi iddiası ilə əlaqədar isə Stenli MakKristal bildirib: "Məncə, hələ də böyük təhlükə var. İŞİD bir adamdan və bir döyüşçüdən daha çox inancdır. Buna görə də, bu əqidədə olan hər bir fərd… onların sistemi hələ də güclüdür və müqavimətlə üzləşməlidir”.

Suriyadakı ABŞ qoşunları da, generalın fikrincə, bölgədə qalmağın vacib olduğunu bilirlər, çünki İŞİD-in qalıqları aradan qaldırmazsa, terror yenidən baş qaldıracaq.

Stenli MakKristal kitabına istinad edilərək, Qasim Süleymani haqqında verilən suala cavab verib.

"Ən böyük rəqibiniz və İranın keçirdiyi əməliyyatların komandiri olan Qasim Süleymaniyə baxdığınızda, onun digər liderlərlə müqayisədə əsl hərbiçi və harizmatik şəxsiyyət olduğunu düşünürsünüzmü?”

Amerikalı general suala belə cavablandırıb: "Bəli, gördüklərimə istinadən deyə bilərəm ki, iranlılarla mübarizə apararkən onu (Süleymanini – red.) müşahidə etdik. Döyüş sahəsinə gəldikdə, o, çox harizmatik idi və müxtəlif şəraitlərdə fəaliyyət göstərirdi. Qasim Süleymaninin sahib olduğu siyasi hakimiyyət ona çox şey etməyə imkan verir. O, işini böyük sülh naminə və effektivliklə yerinə yetirir”.



Oxşar Xəbərlər

Xəbər lenti