Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Stomatoloji Klinikanın 2 manatlıq cibgüdənliyi - Klinikanın rəhbəri pulsuz xidmətlə “jurnalistlər”i susdurur
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə
Hurriyyet.org "
Yeni rektorun nəzir qutusu
” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.
Türmə, yoxsa klinika qapısı?
Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, "şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan "bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, "qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik.
- Həkiminiz kimdir?
- Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz?
- 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər.
- 2 manat nə üçündür?
- Həkimin konsultasiyası üçün.
- Bu, yeni qaydadır? Niyə?
Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək "bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi.
Mühafizə "barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi:
"Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi "atüstü” dinlədi, qiymətləri xırdaladı:
"Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, "bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər "oxudu”: "Vinir 200, implant 400 manatdan başlayır”.
Yuxarıdakılar işini qapıçılarla qurar
Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. "Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi:
"Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”,
– deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi:
"Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”.
Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, "yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.
Tibb Universitetindən yuxarıdakılar...
ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: "Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz?
Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb .
- Yox, ondan yuxarıda nə yazılmışdı?
- Ondan yuxarıda nə yazıldığına diqqət etmədim.
- Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?
Rəhbərin sualı: 2 manat nədir ki?..
- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir?
- Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir...
Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.
Baş həkimsayağı "hörmət”: "Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”
Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi:
"Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...”
Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var:
"Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.
Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün
Beləcə baş həkim dilxoşluq edib, "rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı:
- Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir?
Baş həkim nədənsə xoflandı:
- Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz?
- Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir.
- Məgər sizin kondisioner gülməyi də bacarır?
Sonra da yüksək səslə kiməsə çımxırdı:
- Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.
Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat
- Amma klinikanızda bildirdilər ki, "konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur.
- İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür.
- Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər.
- Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.
Cangüdənlər nazir üçün cibgüdənlik edir?
Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan "jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və "Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən "yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir.
Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir.
Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!
Sevil UNAL, Hurriyyet.org
Oxşar Xəbərlər
Sumqayıtda doğum evinin baş həkiminin işdən çıxarılması səbəbi - Rüşvət şəbəkəsi
İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldu
Keçmiş avtosalonda "şıdırğı" qumar gedir
200-dən çox tibb işçisi imtahandan kəsildi
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir