10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İsrailin nüvə obyektində yeni tikinti:
ATOM SİLAHINA SAHİB OLDUĞUNU ETİRAF ETMƏYƏN ÖLKƏYƏ ŞÜBHƏLƏR ARTIR
Con Qambrell
“Associated Press”, 25.02.2021
“Associated Press”-in təhlil etdiyi peyk fotoları elan olunmamış atom silahları proqramının mərkəzində olan gizli İsrail nüvə təsisinin inşasına işarə edir.
Bir futbol meydanı böyüklüyündə və ehtimal ki, bir neçə mərtəbə dərinlikdə qazıntı yeri Dimona şəhəri yaxınlığında, Şimon Peres adına Negev Nüvə Tədqiqat Mərkəzindəki köhnə reaktordan bir neçə metr aralıdadır. Müəssisə onsuz da İsrailin nüvə bombası proqramı üçün silah səviyyəli plutonium əldə etmək üçün reaktorun xərclənmiş çubuqları olan yeraltı laboratoriyalara ev sahibliyi edir.
İnşaatın təyinatı naməlumdur. İsrail hökuməti işlər barədə suallara cavab verməyib. O, mücərrəd nüvə siyasətinə əsaslanır, atom silahına sahib olduğunu nə təsdiqləyir, nə də inkar edir. Nüvə silahlarının yayılmasını dayandırmaq üçün mühüm beynəlxalq razılaşma olan Yaymama Müqaviləsinə heç vaxt qoşulmayan 4 dörd ölkə arasındadır.
İnşaat İsrail baş naziri Binyamin Netanyahunun rəhbərliyi altında İranın nüvə proqramına qarşı sərt tənqidlərin davam etdiyi bir vaxtda baş verir və ondan fərqli olaraq, İran proqramı BMT müfəttişlərinin nəzarəti altında qalır. Buna görə də, mütəxəssislər İsraildən proqramın təfərrüatlarını açıqlamasını tələb edir.
Vaşinqtonda yerləşən Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Deril Kimball bildirib: “İsrail hökuməti bu gizli nüvə silahı zavodunda nə etdiyini açıqlamalıdır”.
Fransızların köməyi ilə İsrail 1950-ci illərin sonunda gizli şəkildə Qüdsdən 90 kilometr (55 mil) cənubda yerləşən Dimona yaxınlığındakı səhrada nüvə obyekti inşa etməyə başlayıb. Sahənin hərbi məqsədini illərdir İsrailin baş müttəfiqi olan Amerikadan “tekstil fabriki” adı ilə gizlədib.
Dimonadakı plutoniumla İsrailin dünyanın nüvə silahlı ölkələrindən biri olduğuna inanılır. Proqramınla bağlı məxfilik nəzərə alınaraq, onun neçə silaha sahib olduğu bəlli deyil. Analitiklər İsrailin ən az 80 bomba üçün materiala sahib olduğunu təxmin edirlər. Bu silahlar, ehtimal ki, quruda yerləşən ballistik raketlər, döyüş təyyarələri və ya sualtı qayıqlara təchiz edilə bilər.
Onilliklər boyu Dimona təsisinin tərtibatı dəyişməz qalıb. Bununla birlikdə, keçən həftə Prinston Universitetindəki parçalanan materiallar üzrə beynəlxalq ekspertlər qrupu həmin ərazidə ticari olaraq satılan peyk fotoşəkilləri vasitəsi ilə yeni obyekt aşkarlayıb.
Bazar ertəsi günü AP-nin sorğusundan sonra “Planet Labs Inc.”-in peyk şəkilləri ən dəqiq görüntüləri təmin edib. Reaktorun cənub-qərbində işçilər 150 metr (165 yard) uzunluqda və 60 metr (65 yard) genişlikdə bir çala qazıblar. Qazıntıdan qalan tullantılar da aydın görünür. Çalanın yaxınlığında təxminən 330 metr (360 yard) uzunluğunda bir xəndək var.
Reaktordan təxminən 2 kilometr (1,25 mil) qərbdə, beton əsasları olduğu görünən iki düzbucaqlı çuxura qutular yığılır. Bənzər beton yastıqları tez-tez nüvə tullantılarını endirmək üçün istifadə olunur.
“Planet Labs”-dan alınan digər görüntülər reaktor yaxınlığında qazıntı işlərinin 2019-cu ilin əvvəllərində başladığını və o vaxtdan bəri yavaş irəlilədiyini göstərir.
AP-ni müsahibləri olmuş analitiklər orada nələrin baş verə biləcəyi barədə bir neçə iddia irəli sürüblər.
Mərkəzin ağır su reaktoru 1960-cı illərdən bəri işləyir və bu, eyni dövrün əksər reaktorlarından xeyli uzun müddətdir. Beləliklə, həm effektivlik, həm də təhlükəsizlik sualları doğur. 2004-cü ildə İsrail əsgərlərə Dimonadakı müəssisədə radioaktiv sızıntı ehtimalına qarşı yod həbləri verməyə başlayıblar. Yod bədənin radiasiyanı mənimsəməsinə mane olur.
Təhlükəsizliyə dair bu narahatlıqlar səlahiyyətlilərin reaktoru sıradan çıxaracağını və ya başqa bir şəkildə gücləndirə biləcəyini söyləyir.
Dimona haqqında geniş yazı yazan Montereydəki Middlböri Beynəlxalq Araşdırmalar İnstitutunun nüvə silahlarının yayılmaması işləri üzrə professoru Avner Koen bildirib: “İsrail hökumətinin mövcud nüvə potensialını qorumaq üçün narahat olduğuna inanıram. Həqiqətən, Dimona reaktoru istismardan çıxarılmağa yaxınlaşırsa, İsrail reaktorun hələ də əvəzolunmaz olan müəyyən funksiyalarını tamamilə dəyişdirəcək”.
Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Kimball güman edir ki, İsrail bəzi nüvə başlıqlarının partlayıcı məhsuldarlığını artırmaq üçün nisbətən daha sürətli çürüyən radioaktiv yan məhsul – tritium istehsal etmək istəyə bilər. Bundan əlavə, təzə plutoniumla “İsrailin nüvə arsenalında olan döyüş başlıqlarını dəyişdirməsi və ya ömrünü uzatması” da mümkündür.
İsrail öz nüvə silahını 1948-ci ildə, yaranandan bəri, Holokostdan sonra ərəb qonşuları ilə bir neçə müharibə ilə üzləşdikdə qurub. Atom silahı proqramı, hətta elan olunmamış olsa da, düşmənləri çəkindirmə üçün bir vasitədir.
Nüvə proqramına rəhbərlik etmiş, daha sonralar İsrailin baş naziri və prezidenti olmuş Peresin 1998-ci ildə dediyi kimi: “Hiroşimaya sahib olmaq üçün deyil, Osloya sahib olmaq üçün bir nüvə variantı qurduq”. Bu, İkinci Dünya müharibəsində ABŞ-ın ilk nüvə bombasını atmasına və İsrailinf fələstinlilərlə barışıq sazişi əldə etməsinə işarədir.
Ancaq İsrailin qeyri-şəffaf strategiyası müxaliflərinin tənqidinə səbəb olur. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu həftə Dimonadakı işlərdən söz açıb. Çünki ölkəsi MAGATE-nin 2015-ci ilin nüvə anlaşması ilə əlaqədar Qərblə yaşanan gərginlik fonunda nüvə obyektlərinə girişi məhdudlaşdırmağa hazırlaşırdı.
Zərif ingilis dilində yayımlanan “Press TV”-yə deyib: “İranın nüvə proqramı ilə əlaqəli hər hansı bir söhbət tamamilə boş sözlərdir. Bu, sadəcə ikiüzlülükdür”.
Dimona inşaatının vaxtı Vaşinqtonda yerləşən Viskonsin Nüvə Silahlarına Nəzarət Layihəsinin icraçı direktoru Valeri Linsini təəccübləndirib. “Məni ən çox düşündürən şey budur: peyk görüntülərini, xüsusən də, bu görüntülərdən istifadə edərək hədəflərin izlənilməsindən çox xəbərdar olan bir ölkəniz var. İsraildə monitorinq üçün bilinən bir nüvə hədəfimiz var, bu, Dimona reaktorudur. Beləliklə, onlar güman edib ki, nəyi isə gizlədə biləcəklər?!”
1960-cı illərdə İsrail düşmən Misirin raket və nüvə səyləri ilə bağlı iddialarını Dimonadakı işlərindən yayındırmaq üçün istifadə edib və indi də İranla eyni şeyi edə bilər.
Middlböridən olan professor Ceffri Luis bildirib: “Əgər siz İsrailsinizsə və Dimonada diqqəti cəlb edəcək böyük bir tikinti layihəsi həyata keçirmək məcburiyyətində qalacaqsınızsa, yəqin ki, iranlılar haqqında daha çox çığır-bağır salmalısınız”.
Tərcümə:
Strateq.az
Oxşar Xəbərlər
“İrana bunu etməyə imkan verməyəcəyik”
İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR
Türkiyə gələcəkdə nüvə ölkəsi olmağı hədəfləyə bilər
İSRAİLDƏN İRANA QARŞI ADDIM! - ABŞ, İngiltətə, Fransa və Rusiyanı da dəvət etdi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…