SOÇİ GÖRÜŞÜNDƏ BÖYÜK GƏRGİNLİK! - TÜRK HEYƏTİ...

SOÇİ GÖRÜŞÜNDƏ BÖYÜK GƏRGİNLİK! - TÜRK HEYƏTİ...

 

Sozcu.info  xəbər verir ki, Soçidə keçirilən görüşdə Bəşər Əsəd hökumətini təmsil edən heyətin iştirak etməsinə etirazını bildirən Türkiyə heyəti Ankaraya geri dönməyi qərara alıb.

Rusiyanın Soçi şəhərində keçirilən Suriya sülh konfransı suriyalı müxalifətçilərin Əsəd rejiminə məxsus bayraqların hava limanına asılmasına etirazını bildirəndən sonra, təxirə salınıb.

Suriyalı müxalifətçilər arasında olan Əhməd əl Burri "Röyters” informasiya agentliyinə müsahibəsində deyib: "Əsəd rejiminə məxsus emblem və loqoları əsla qəbul edə bilmərik. Ruslara şərtlərimizi bildiridik. Bizi Türkiyəyə aparacaq təyyarəni gözləyirik”.

70 nəfərlik qrupun tələbi qarşısında qərarsız qaldığını açıqlayan Kreml açılışı təxirə saldığını bəyan edib.

"Əl Cəzirə” isə Soçi hava limanındakı bayraq böhranının ardından Türkiyə heyətinin də Ankara şəhərinə dönməyi qərara aldığını bildirib.

Lavrovun çıxışı yarıda kəsilib

Suriya konfransına damğa vuran digər hadisə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açılış zamanı çıxış eləməsi zamanı baş verib.

Kremlin mesajını oxuyan Lavrovun sözü bəzi nümayəndələr tərəfindən kəsilib. Onlar Suriyada hava hücumu həyata keçirən Rusiyanı mülki vətəndaşları öldürməkdə günahlandırıblar.

Eyni anda ayağa qalxan digər nümayəndə heyəti isə dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib. Həmin anlar Rusiya televiziyası ilə canlı yayımda göstərilib.



Oxşar Xəbərlər

Xəbər lenti