8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regnum.ru, 29.04.2018
ABŞ Dövlət katibi postunda görünən Mayk Pompeo dərhal Səuduiyyə Ərəbistanına yollanıb. Orada ərəb həmkarlarilə İrana yeni sanksiyalar qoymaq zərurətini müzakirə edib. Onun sözlərinə görə, İranla iç il əvvəlki saziş Yaxın Şərqdə sabitliyə şərait yaratmaqdansa İranı daha çox idarəolunmaz edib. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İrana təzyiqin gücləndirilməsi üçün qətiyyətlə çıxış edib. O, İranın sazişi pozduğuna sübut kimi Yəməndə husilərə təkmilləşdirilmiş raketlərin tədarükü faktını göstərib. Amerika administrasiyası habelə nüvə döyüş başlıqları üçün raket istehsalı və "Hizbullah”, HƏMAS döyüşçülərinin maliyyələşdirilməsini İranın ayağına yazır.
Bütün bunlar Tramp administrasiyası qərarının elan edilməsindən iki həftə qabaq baş verir – o, Tehran sazişi pozduğuna görə İranla müqaviləni pozacaq, ya yox? Artıq yazdığımız kimi, Vaşinqtonun belə bir qərarı İranla sazişin sonu olacaq, çünki Vaşinqton Avropa tərəfdaşlarını seçim qarşısında qoysa, onlar qəti şəkildə Amerika ilə iqtisadi əlaqələrə üstünlük verəcəklər. Bir də sazişin mənası da itir, çünki Qərb tərəfdən əsas oyunçu ABŞ olaraq qalır.
Tehranda da ritorik közərti müşahidə olunur. Suriya ərazisində İran zabitlərinə zərbə üzündən İsrailə amansız divan tutmaqla bağlı son həftələrin hədələri hədədən o yana keçmir. İran hazırda İsraillə heç də hərbi toqquşmaya girişmək istəmir. Ölkə daxilində etiraz aksiyaları səngimir, xalqın geniş qəzəbini isə məhz İsrailə qarı yönəltmək çox çətindir.
Bu, Səddam Hüseyn İrana qarşı nüvə silahı işlətdikdən sonra ayətullahların İraqın ünvanına sözdən atom bombası qulaylananda effektliydi. Həmin qanlı qırğında bir milyona yaxın adam həlak olub. Amma, bax, İsrailə nifrət bu gün İran sakinləri üçün heç cür önəmli mövzu deyil. İran vətəndaşlarını Suriyada üsyançıların tərəfində Əsəd rejiminə qarşı çıxın edən radikal sünnni hərəkatı HƏMAS-dansa ən mühüm problemlər daha çox narahat edir.
Bu, İran respublikasının ruhani lideri və başçısı ayətullah Əli Xameneiyə bu günlərdə yalnız aktiv müqavimətin "işğal edilmiş Fələstini azad edəcəyi”ni bəyan etməyə mane olmayıb. O habelə əlavə edib: "Biz İsrailin demontajını açıq görürük”.
Sonuncu vəd inandırıcı səslənməyib, çünki onun inkişaf edən xəstəliyi haqda məlumatlar İran daxilində və qıraqdakı bədxahlarına ayətullah Xameneyiə qalan sayılı həftələrdən xəbər verir. Biz bu yönlü istənilən proqnoz və spekulyasiyalardan kənar duracağıq, amma bircə qeyd edək ki, onun sağlamlıq durumunun pisləşməsi bölgədə durumu dəyərləndirmə zamanı nəzərə alınması gərəkən amildir.
Xameneinin ölüşkəyən iş bacarığıyla yanaşı İsrail baş naziri Benyamin Netanyahunun davranış modulunda dəyişikliklər müşahidə edirik.O, ehtiyatı və siyasətdə beynəlxalq münaqişələrdən yayınmağa can atan taktiki güzəştlərilə ad çıxarıb. Adətən, cəsur təşəbbüslər və riskli hərəkətlər ona yaddır.
Amma son zamanlar getdikcə daha artıq qətiyyət sərgiləyir. Ola bilsin, bu, bütünlükdə yerli polisin onun ayağının altını qazmaqda sonu görünməyən cəhdlərindən doğan narazılıq hissiylə bağlıdır. O bununla xeyli dərəcədə ABŞ prezidenti Donald Trampa oxşayır. Netanyahunun indiki qətiyyəti habelə bu gün Vaşinqtonda onun dostlarının idarə etməsiylə xeyli bağlıdır. Amerika administrasiyası İsrailin tarixində yəhudi dövlətinə qarşı heç vaxt bu qədər mehriban olmayıb.
Moskvaya xəbərdarlıq etmədən Rusiya və Suriya qüvvələrinin də yerləşdiyi hərbi aerodromun ərazisində İran zabitlərinə zərbə endirmək qətiyyətli və hətta bir qədər riskli addımdır. Əlbəttə, zərbə o qədər nöqtəvi və dəqiq hazırlanıb ki, heç bir rusiyalı və suriyalıya əsla toxunulmayıb. Lakin İsrail bu zaman Rusiya HHM sistemlərinin zəif effektivliyini göstərib.
Bununla bağlı Moskvanın Suriyaya tədarükə planlaşdırdığı S-300 sistemləri şübhəli görünür. Hətta İsrail ona birbaşa zərbə endirmədən hər dəfə onun tutarsızlığını göstərsə, bu cür sistemlərin tədarükü üzrə Rusiyanın çox böyük sazişləri pozula bilər. Buna görə də S-300-ləri Suriyaya aparıb-aparmamaq haqda qəti qərara gəlməyiblər.
Netanyahunun sərt və döyüşkən əhvalı, ərəb dünyasında İrandan narazılıq və əslində, Vaşinqtondakı güzəştsiz köklənmə güman etməyə əsas verir ki, İranla münaqişə qaçılmazdır. Olduqca əsaslı bir "əmma”yla. Donald Tramp qaynamanı son həddə çatdırmağı, sonra isə əks tərəfə güzəştə getmək imkanı verməyi, amma vəziyyətdən şərəflə çıxmağı bacarır. Buna misal: ABŞ prezidentinn Şimali Koreyaya münasibətdə siyasətinin uğurları. İstisna etmək olmaz ki, bizi İranla bağlı buna bənzər nəsə gözləyir. Zira İran rəhbərlərinin realizm və praqmatizmini inkar etmək olmaz.
Tərcümə Strateq.az-ındır.