“Sizin bağırsaqlarınızı söküb boğazınıza dolayacağam, əclaflar! ...” - İcra hakimi Qəniyev vergi rəisini HƏDƏLƏYİR

“Sizin bağırsaqlarınızı söküb boğazınıza dolayacağam, əclaflar! ...” - İcra hakimi Qəniyev vergi rəisini HƏDƏLƏYİR

 

Özbəkistanın Fərqana vilayətinin icra hakimi Şuxrat Qəniyev yerli vergi müfəttişliyinin və məcburi icra Bürosunun rəislərini "bağırsaqlarını söküb boğazına dolamaqla” hədələyib.

Sozcu.info  xəbər verir ki, Özbəkistanda rəhbər işçilərin tabeçiliyindəki məmurlarla davranışına dair növbəti qalmaqal haqda "Azadlıq” radiosunun özbək xidməti bildirir.

Radionun redaksiyasına icra hakiminin həmin məmurları necə söydüyü, hədələdiyi haqda audioyazı daxil olub. Bildirilir ki, audioyazı mayın 22-də vilayət administrasiyasında keçirilən yığıncaqda qeydə alınıb. Onu redaksiyaya təqdim edən isə həmin yığıncaqda iştirak edən sahibkardır.

Audioyazıdan belə məlum olur ki, Qəniyev vergi və icra məmurlarını vilayətdə vergi yığımına dair planın yerinə yetirilmədiyinə görə tənbeh edir.

"Sənin ömrününün 5, 10 ili həbsxanada keçəcək. Mənə fərqi yoxdur, sən məcburi icra Bürosunun rəhbərisən, yoxsa kimsən, sizi içəri basdıracam, əclaflar. Mən özümü burada güclə saxlayıram, hərçənd sizin bağırsaqlarınızı çıxarıb boğazınıza dolayardım”-Şuxrat Qəniyev deyir.

 

İcra hakimi bundan sonra qeyd edir ki, hər iki məmur Daşkənddəndir və onlar qəsdən Fərqana vilayətinə zərbə vururlar.

"Siz əclaflar, vergi rəisi-Daşkənd sakinidir, məcburi icra Bürosunun rəisi Daşkənddəndir. Fərqana vilayətində rəhbər vəzifələrə təyin olunandan sonra siz vilayəti bataqlıqda batırırsız. Əgər imkanım olsaydı şəxsən sizin bağırsaqlarınızı sökərdim. Hər ikinizi xəbərdar etməliyəm ki, həbs olunacaqsınız. Əgər may ayının planı yerinə yetirilməsə hər ikinizi cinayət məsuliyyəti gözləyir. Mənə belə satqınlar lazım deyil. Onlar satqınlardır. Onlar sadəcə fərqanəliləri lağa qoyublar. Əclaf olmasaydınız 3 milyon 700 min sum cərimə kəsilməzdi”-Qəniyev hədələrini davam etdirir.

Bu, Fərqanə başçısının yerli məmurları söydüyünə dair birinci audioyazı deyil. Ötən ilin yanvarında Qəniyev Fərqana vilayətinin Taşlak rayonunun sakinləri və məmurları ilə keçirdiyi selektor müşavirəsində Özbəkistandan Rusiyaya gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərdən 16-nın həmin rayondan olduğuna görə qəzəblənmişdi. Qəniyev deyirdi ki, rayon sakinləri gəncləri "evdə saxlaya bilməyib” və nəticədə bütün regionu biabır edib.

"Sizi lənətə gələsiniz, taşlaklılar! Hamınız alçaqsınız, hakim (rayon başçısı) də daxil olmaqla! Vilayəti bütün respublikada biabır etdiniz!”-Qəniyev deyib.

Bundan az əvvəl isə Şuxrat Qəniyev vilayətin tibb idarəsinin rəhbərlərini "heyvan” adlandırmışdı. 2016-cı ildə keçirdiyi müşavirə Qəniyevin yerli məmurların "başını üzməklə” hədələməsi barədə də səs yazısı var.

Hərçənd Özbəkistan prezidenti Şövkət Mirziyayev 2017-ci ilin noyabrında keçirdiyi iclasda yerli icra hakimlərini və məmurları sakinlərlə kobud davranmamağa çağırıb, belələrini kəskin tənqid edib.

"İnsanlar hələ dəyişməyib, mədəniyyət dəyişməyib, o cümlədən hakimlərdə. Elə hakimlər var ki, insanlarla danışmağı bacarmır, kim onlara insanları təhqir etmək icazəsini verib? Kim? Bu, mədəniyyətsizliyin və savadsızlığın göstəricisidir”-Mirziyayev deyib.



Oxşar Xəbərlər

Xəbər lenti