“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

“Uşaqları universitetə tapşırıqla götürürlər” -

 

Xalq artisti, aktyor Cahangir Zeynalov Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti barədə ağır ittihamlar irəli sürüb.

Sozcu.info xəbər verir ki, o, BakuPost.az-a açıqlamasında bildirib ki, Azərbaycan teatrı bu gün layiq olduğu yerdə deyil, bunun səbəbi isə təhsilin çox aşağı səviyyədə olmasıdır.

Cahangir Zeynalov Mədəniyyət və İncəsənət Universitetinə tapşırıq əsasında istedadsız uşaqların qəbul olunduğu iddiası ilə çıxış edib:

"İstedadı olmayan adamlar universitetə tapşırıqla qəbul edilərsə, nəticə bundan artıq olmaz. Bizim zamanımızda universitetdə tanışlıq söhbəti olmayıb. Mən universitetə qəbul olanda heç kim bilmirdi ki, Nəsibə xanımın oğluyam. Stalinin gözəl bir sözü var: "Kadrlar hər şeyi həll edər”. Düzgün kadrlar seçilməlidir”.

Qeyd edək ki, son günlər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində ciddi proseslər baş verir. Bu ali təhsil ocağının rəhbəri kütləvi ixtisarlar edir, işdən çıxanlar isə onu səriştəsizlikdə, ədalətsizlikdə ittiham edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti