Şamaxı “fövqəladə”sindən şikayət var: “Oğlumun haqqı tapdalanır”

Şamaxı “fövqəladə”sindən şikayət var: “Oğlumun haqqı tapdalanır”

 

"Oğlum Şahhüseynov Ələddin FHN-nin tabeliyində olan Dövlət Yanğından Mühafizə Xidmətin Şamaxı rayon DYMH-ində işə qəbulla əlaqədar 2015-ci ilin son aylarında etdiyi elektron müraciətə cavab olaraq 2016-ci ilin iyul ayında həmən qurumun kadrlar idarəsi tərəfindən dəvət olunmuşdur və ona işə qəbulla bağlı sənədlər təqdim olunmuş, toplanması tövsiyyə olunmuşdur. Aylarla həsrətlə gözlədiyi bu çağrışdan sevinci yerə-göyə sığmayan oğlum Sahhüseynov Ələddin tez bir zamanda sənədləri toplayaraq kadrlara təqdim etmişdir.  Avqust ayının 5-də peşəyə yararlılıq üzrə yoxlamadan göstəriciləri komissiya tərəfindən  məqbul qiymətləndirilmiş və kadrların Baş mütəxəssisi daxili xidmət polkovnik-leytinat Sevda Zeynalovanın imzaladığı göndəriş əsasında Tibbi xidmətin xüsusi həkim-ekspertiza komissiyasına göndərilmiş və oğlum 80 AZN midarında rüsum ödəmişdir. Həmən ay oğlum əmri almaq üçün yenidən kadrlar idarəsinə  çağrılmış və kadrların rəisi ona məzmunu ilə tanış olmadığı sənədə imza atdırmış, sonra bildirmişdir ki , sən bu xidmət sahəsində işləməyə yarasızsan, imzanla bunu özün də təsdiqlədin”.

Ovqat.com xəbər verir ki, bu sətirlər  Samaxı rayonu, Məlikcobanlı kənd sakini Şahhüseynov Balaxan Əlmərdan oğlunun Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyevaya yazdığı şikayət məktubundandır.

Surəti saytımıza göndərilmiş məktubda övladının 3 qız atası olduğunu bildirən B. Sahhüseynov işsizliyin ailədə ciddi sıxıntılara yol açdığını da gizlətməyib.

Məktubda həmçinin bildirilir ki, Şahhüseynovlar ailəsinin bir ildir müraciət etmədikləri ünvan qalmayıb, amma heç bir qaneedici cavab ala bilməyiblər:

 "Övladıma  bu bir il ərzində edilən haqsızlıqla  əlaqədar  imkansızlıqda vəkilə müraciət etməsəm də, dəfələrlə ünvanladığım şikayətlərə xidmət rəisinin müavini Rasim Kərimovun imzası ilə müxtəlif məzmunlu  cavablar almışıq.  Ən dəşhətlisi odur ki, ölkəmizin taleyüklü strateji bir qurumunun rəhbər şəxsləri vətəndaşın haqlı sorğularının cavabları bir-birini təkzib edir”.

Şikayətçi aldıqları cavabları bu cür təsnifatlandırır:

"1. Vakant iş yeri olmadığı,

  1. Qəbulla əlaqədar kifayət qədər toplanmış sənədlər olmadığından,
  2. müvafiq qərar qəbul ediləcək və s.

Belə dolandırıcı üsullarla vətəndaşda dövlətçiliyə olan inam, etibarı heçə endirirlər”.

Ailə problemi xətir-hörmətlə yoluna qoymaq üçün tanıdıqları nüfuzlu adamlardan faydalanıb, FHN-nin yüksəkçinli məmurlarının qəbuluna göndəriblər. Amma bu üsul da bir nəticə verməyib:                                     

"...Bütün bu ədalətsizliyə aydınlıq gətirmək üçün Milli Qəhrəmanın qardaşı, Qarabağ müharibəsi iştirakçısı olan qohumuma minnətçi düşüb köməklik etməyini xahiş etdim. Qohumum, cənab nazir müavininin qəbulunda oldu və onun göstərişi ilə DYMX-nin kadrların rəisi ilə görüşdü. Kadrlarin rəisi Akif Məmmədov etdiyi çirkin əməllərini ört-basdır etmək üçün qohumuma bildirib ki, Sahhüseynov Ələddin peşəyə hazırlıq üzrə qaçışdan normativi yerinə yetirməyib. Hüquqşünas qohumumun "əgər Ələddin  birinci imtahanda büdrəyibsə, səbəb nə olub ki, onu növbəti mərhələdən keçmək üçün dəvət etmisiniz” sualını cavablandıran Akif  müəllim belə deyib: "Anlaşılmamazlıq və səhv olub”.

Məktubun bundan sonrakı hissəsində sübuta ehtiyacı olan ciddi ittihamlar yer aldığından, dərc etməyi məsləhət görmədik. Ümumi şəkildə ifadə etsək, qurum əsasən rüşvətxorluqda ittiham olunur.



Oxşar Xəbərlər

Xəbər lenti