Böyrəkləriniz pis “işləyirsə”… - Faydalı məsləhət

 

Quş üzümü maddələr mübadiləsini normallaşdırmağa və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirməyə kömək edir.

 Xarici mətbuat xəbər verir ki, bu giləmeyvə böyrəklərə də çox faydalıdır.

Antioksidant baxımından təsirli olan quş üzümü sidik yolu infeksiyalarına qarşı bədənin immunitet sistemini gücləndirir. Bundan başqa, sidikdəki turşu səviyyəsini artırır, bakteriyaların sidik kisəsi divarına zərər yetirməsinin qarşısını alır.

Quş üzümündən tənəffüs orqanlarının da müalicəsində istifadə olunur. Qədim zamanlardan ondan hazırlanmış şərbət qızdırmanın müalicəsinə yarayıb. Həmçinin ürək xəstəliklərinə də yardım edir.

Bəzi tədqiqatlar sübut edib ki, bu giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirə bilər. Faydalı xassələri arasında C vitamininin olduğu qeyd olunur. Tərkibində B qrupu vitaminlərindən əlavə karotin və faydalı minerallar da var.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}