8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. İstər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənən bu səfər, şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətinə əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəmə sahibdir. Xüsusilə 15 İyun - Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab olunur. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.Bu gün Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaş mövqeyindədir. Sahib olduğu enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini artıran başlıca səbəblər sırasındadır. Avropanın önəmli enerji təminatçılarından birinə çevrilən Azərbaycan Türkiyə və Orta Asiya türk dövlətlərini birləşdirən, eyni zamanda qarşılıqlı inteqrasiya üçün şərait yaradan mərkəz rolunu oynayır. Məhz bu rol Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafına, dostluq və qardaşlığın sağlam təməllər üzərində inşa edilməsinə təkan verir.
Digər tərəfdən Türkiyənin sahib olduğu geosiyasi və hərbi güc regionda Azərbaycanın milli maraqlarının təmin olunması baxımından ciddi dəstək mexanizmidir. Türkiyənin "regional güc” obrazı Cənubi Qafqazda qüvvələr tarazılığının təmin olunmasının, bugünkü və gələcəkdəki yeni iqtisadi və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatçısıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıralacaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin-amanlığın təmin olunması, Orta Asiya ilə əlaqələrin inkişaf etdirilməsi və Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin önəmi məhz bu münasibətlər fonunda daha aydın şəkildə nəzərə çarpır.Bunun əyani sübutu kimi, liderlərin çıxışlarına nəzər salmaq yetərlidir. Belə ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu, Ərdoğan isə bu dəhlizin hər iki ölkəyə mühüm imkanlar yaradacağını diqqətə çatdırdı.Son illərdə dəyişən geosiyasi reallıqlar və bu günün şərtləndirdiyi gələcək vizyonu Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərinin mahiyyətini daha aydın izah edir. Dünyanın qütblərə bölündüyü, fərqli mədəniyyətlərin mübarizə meydanına çevrildiyi bir zamanda türk kimliyinin daşıyıcısı və türk dünyasının ayrılmaz parçası olan Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli müttəfiqdir.Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə bir daha töhfə veriləcəkdir. Universitetin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.Qeyd olunan məqamlar bu gün baş tutan səfərlə birlikdə iki ölkə arasındakı əməkdaşlığın, dostluq və qardaşlıq mühitinin gələcəkdə də yüksələn templə davam edəcəyinin göstəricisi, hər iki ölkənin daha da güclü mövqeyə sahib olacağı yeni reallığın xəbərçisidir.Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı durumu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi dühasının məhsulu olan "Bir millət iki dövlət” ifadəsinin bu gün özünü doğrultduğunu da bir daha sübuta yetirdi. Təsadüfi deyil ki, qardaş ölkənin lideri "Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza qərarlı şəkildə davam edəcəyik” deməklə dostluğumuzun əbədi olacağını vurğuladı.
Seyid Seyidov
Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsinin müavini
Sozcu.info