23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə "Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
"Axtarış-xilasedici əməliyyatın fəal fazası sona çatdıqdan sonra axtarış ərazidən keçən gəmilər tərəfindən aparılıb. Lakin 9 sutka ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Beləliklə, "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb”,-deyə nümayəndə bildirib.
Qeyd edək ki, "Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə də olub.