8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hal-hazırda Prezident İlham Əliyev fəaliyyətini dəvam etdirir. Eyni zamanda diplomatiya sahəsində səriştə və bacarığına görə böyük uğurlar qazanmışdır. 2001-2003-cü illərdə AŞPA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ildə AŞPA-nın sədr müavini olmuşdur. 2004-cü ildə AŞPA-nın fəxri diplomu ilə təltif olunmuşdur. Prezident İlham Əliyev rus, ingilis, fransız, türk dillərini mükəmməl bilir. Bir sıra Avropa Birliyi ölkələri və Türk dövlətləri tərəfindən orden, medallarla təltif edilmişdir.
2004-cü ildən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun fəxri doktoru və bir çox Avropa və Türkiyə Universitetlərinin fəxri doktoru adina layiq görülmüşdür.
Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. Onun ideyalarının və milli dəyərlərə söykənən siyasəti müasir Azərbaycanın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətləri, Dövlət büdcəsinin xərcləri 20 dəfədən çox artırılıb. Prezident İlham Əliyev dövlət siyasəti Milli həmrəyliyin toxunulmazlığını təmin etmişdir.
“Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqa arxalanan Dövlət başçısı beynəlxalq təzyiqlərə baxmayaraq “Dəmir yumruq” şüarı altında böyük qəhrəmanlıq nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı şanlı ordumuzun şücaəti sayəsində qəsbkarlardan azad etdi.
Azərbaycan xalqı bu gün Dövlət başçımızın uzaqgörən siyasəti və bacarığı sayəsində müstəqil bir dövlətdə azad və firavan yaşayır.
Ölkənin logistij potensialını artıran layihələr içərisində, avtomobil yollarının və dəmir yolu xətlərinin, magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının yaradılması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin tranzit potensialını daha da gücləndirib.
İslahatlar ölkəsi sayılan Azərbaycan Dünya Bankının 2019-cu ildə apardığı hesabatda dünyanın ən çox islahat aparan ölkəsi hesab olunub və 190 dövlət arasında
25-ci yeri tutub.
Azərbaycan kosmik ailənin üzvüdür. Əminliklə demək olar ki, ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. Beynəlxalq kosmik təşəbbüsündə iştirak edərək ölkənin yüksəlməsinə töhvə verir.
Ölkəmizin investisiya cəlbediciliyi Azərbaycan neft sektorunda investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb.
Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində işsizliyin və yoxsulluğun səviyyəsin aşağı düşdü. Ölkədə 2 milyondan çox yeni iş yeri yaradıldı.
İqtisadi rayonların yeni bölgüsü Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib.
Yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb.
Mühim Dövlət Proqramları nəticəsində əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olundu. Dövlət proqramları çərşivəsində son 19 ildə 4 minə yaxın məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyə öz müsbət təsirini göstərdi. Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVİD 19 - la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Vaksinasiya prosesinə başlayan ölkələr sırasında da ilk cərgələrdə qərarlaşdı.
Zəfər ordusunun formalaşmasına səbəb olmuş effektiv ordu quruculuğu planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın hərbi məhsulları aparıcı beynəlxalq sərgilərdə nümayiş olunur. Buna misal olaraq hərbi texnikası, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar göstərmək olar.
“Dəmir yumruq”
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və mədəniyyət beşiyi olan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Vətən müharibəsi Memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin 15 yeni medal təsis olunub.
Qələbənin salnaməsi Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum noyabrın 9-dək davam etdi.
“Mən hər zaman qazilərin yanında olacağam” Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımı köməklik göstərilməkdədir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Qələbə diplomatiyası İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına müsahibə verdi. 30-dan çox verdiyi müsahibələrdə əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişilməsinə müvəffəq olmuşdur.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.
Böyük qayıdış İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilmişdir. Böyük Qayıdışa dair layihələrin icrası məqsədi ilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır.
Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Şəhərsalma sahəsində bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Bu gün Ağalı “ağıllı kəndi” dünyanın ən müasir kəndlərindən biridir. Zəngəzur dəhlizinin açılmış bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
İrimiqyaslı infrastuktur layihələr Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib.
“İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandı.
15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırıldı.
Sözü və əməli bir olan Prezident İlham Əliyev:
Birinci dəfə Azərbaycan xalqı mənə böyük ehtimad göstərdi. 20 il bundan əvvəl əziz xalqıma söz vermişdim: Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Söz vermişdim ki, gün gələcək biz üç rəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda qaldıracağıq.
Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir. 60 illiyini Prezidentimiz Qarabağda Şuşada keçirib.
Arzu Miriyev
Surxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info