Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti

Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VII Qurultayını giriş nitqi ilə açıq elan etmişdir. 
Partiyamızın VII Qurultayından 3 il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və tarixi ədalət bərpa olundu. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin nüfuzlu ali məktəblərində öyrənilir. Azərbaycan ordusu rəşadət, qəhrəmanlıq və peşəkarlıq göstərdi. 
Bütün xalqımız bir yumruq kimi birləşdi deyə İlham Əliyev bildirdi. Bu həqiqətən də Prezidentin dediyi kimi belə də oldu. Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi. Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi vacib məsələlərdəndir. Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, o cümlədən prezident İlham Əliyevin məqsədyönlü siyasətinin, partiyanın fəaliyətinin nəticəsi olaraq uğurlu layihələr həyata keçirilmiş, ardıcıl məqsədyölü işlər görülmüşdür.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir ən əsası yeni siyasi nümunə ortaya qoyur. VII Qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.
Afət Xudai
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}