Beyləqn rayonunda "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" adlı tədbir keçirilib -Fotolar


Sozcu.info xəbər verir ki, 12.07.2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda  ilk dəfə siyasi hakimiyyətə  gəlişininin 55-ci ildönümü münasibəti ilə "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" adlı  tədbir  baş tutub. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi xidmətlərindən bəhs edən eksponata baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Müstəqil Azərbaycan Respublikasının memarı, böyük tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.


Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. 

Beyləqan rayon Prokuroru Ramazan Hadıyev çıxış edərək əlavə etdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. 


Çıxış edənlər- Şəhid Anası Kəmalə xanım, Vətən Müharibəsi qazisi Qiyas Məmmədli və Ağsaqqallar Şurasının sədri Etibar İmanov Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə,  xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə yaşadığını , hər zaman milli dəyərlərə bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti