Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.
Sozcu info Fox News-a istinadla xəbər verir ki, qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib.
Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi.
Yanvarın 7-də Los-Anceles qraflığında meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.
Yanğının ümumi sahəsi 16 min hektarı ötüb. O, 12 300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib.