17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.
Sozcu.info xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri deyib.
O bildirib ki, Ədliyyə Tibb Təşkilatının son statistik məlumatına əsasən, 12 günlük müharibə zamanı 935 qurbanın şəxsiyyəti müəyyən edilib, onlardan 38-i uşaq və 102-si qadındır.
Təkcə Evin Həbsxanasına hücum nəticəsində əksəriyyəti məhbusların ailə üzvləri, yardım işçiləri və Evin Həbsxanasının əməkdaşları olmaqla 79 nəfər həlak olub.
Qeyd edək ki, İran 24 iyunda – atəşkəs əldə edildikdən sonra itkilərinin 606 nəfər olduğunu açıqlamışdı.
Axar.az