DSMF-nin Zərdab şöbəsində ŞOK KORRUPSİYA FAKTLARI – Dövlətə dəyən zərər ödənildi, amma müdir vəzifəsində qaldı - SƏBƏB

DSMF-nin Zərdab şöbəsində ŞOK KORRUPSİYA FAKTLARI – Dövlətə dəyən zərər ödənildi, amma müdir vəzifəsində qaldı - SƏBƏB

 

Zərdab şəhər M.Xəlilov küçəsi, ev 4-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən "Yeni Sözçü"  qəzetinin elektron ünvanına şikayət məktubu daxil olub. Məktubda  prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

"Cənab Prezident!

Əvvəla yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, vətənimizin inkişafı üçün gördüyünüz işlərdə sizə uğular arzulayıram. Yeni təyin etdiyiniz Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə də işlərində müvəffəqiyyətlər arzulayıram və inanıram ki, DSMF-nun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev haqqında ölçü götürəcək.

Bir ildən çoxdur ki, DSMF-nin Zərdab rayon şöbəsində olan qanunsuzluqlarla bağlı yüzlərlə müraciətlər etməyimə baxmayaraq, heç bir tədbir görülmür.

Mənim Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyim müraciətlərdən sonra nazirlik tərəfindən DSMF-nin Zərdab rayon şöbəsində yoxlamalar aparıldı. Aşkar olundu ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev 18 işçisini məzuniyyətə göndərmədən, yalandan məzuniyyət pulu vermiş və dövlətin 10 000 (on min) manat pulunu öz təyinatından yayındıraraq korrupsiyaya yol vermişdir. Göndərdiyim korrupsiya faktlarının öz təsdiqini tapmasına baxmayaraq, Canpolad Vəliyev haqqında heç bir tədbir görülmür.

Qeyd edim ki, yoxlama zamanı aşkar olunan korrupsiya zamanı dövlətin mənimsənilmiş 10 000 (on min) manat pulu geri qaytarılmışdır. Amma bu cinayətinə görə Canpolad Vəliyev məsuliyyətə cəlb olunmadı. Bu işdə Canpolad Vəliyevə köməklik edən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevdir. Bu günə kimi də Canpolad Vəliyevin "krışası" Əjdər Cəbiyev onun məsuliyyətə cəlb olunmaması üçün dəridən-qabıqdan çıxır.

Cənab prezident!

Sizin 24.08.2002-ci il tarixli 714 nömrəli və 23.10.2003-cü il tarixli 948 nömrəli fərmanlarınızın tələblərini öz şəxsi maraqları xatirinə bilərəkdən pozaraq, dövlətin 10 000 manat pulunu təyinatında yayındıran Canpolad Vəliyev haqqında ciddi tədbir görülməsinə tapşırıq verməyinizi xahiş edirəm”.

Qeyd edək ki, şikayətçi DSMF-nin Zərdab rayon şöbəsinin məzuniyyətə göndərilmədən pulları mənimsənilən işçilərinin siyahısını da redaksiyamıza təqdim edib:

"Yeni Sözçü" qəzeti

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti