GƏNCƏ HADİSƏLƏRİ: TƏXRİBAT, YOXSA..?

GƏNCƏ HADİSƏLƏRİ: TƏXRİBAT, YOXSA..?

 

Mirmahmud Mirəlioğlu: "Mən bildiyim qədər, ETTELAT Gəncədə kifayət qədər gücə malikdir”

Əli Əliyev: "Azərbaycanda siyasi proseslər güc müstəvisində deyil, qanun çərçivəsində həll edilməlidir”

Natiq Cəfərli: "Boşalan yeri müxtəlif radikal qruplar doldurur”

Mingəçevir İES-də baş vermiş 2 partlayış və Gəncənin icra başçısı Elmar Vəliev və mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da icra başçısına sui-qəsd təşkil etmiş Yunus Səfərova dəstək məqsədi ilə keçirilən aksiyada iki polis zabitinin-Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun öldürülməsi ölkə ictimaiyyətini çaş-baş salıb. Mətbuatda yer alan rəsmi açıqlamalarda hadisələrin təxribat olduğu vurğulansa da, bu barədə heç bir rəsmi açqılama yoxdur. Ancaq qeyr-rəsmi səslənən açılamalarda daha çox İranın adı hallanır. Maraqlıdır ki, bu təxribatların arxasında kimlər və yaxud hansı güclər dura bilər?

"2 zabitin öldürülməsi hakimiyyətin özünün provokasiyasıdır”

Soyqırım Günü ilə bağlı xalqa müraciət etdi - KXCP sədri 31 mart

Məsələ ilə bağlı Klassik Azərbycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu"Hürriyyət”ə bildirdi ki, Gəncədə baş verənlərin arxasında Azərbyacan hakimiyyəti və hakimiyyətin yürütdüyü siyasətin məntiqi nəticəsi dayanır: "Bunun ikinci bir adı yoxdur. İğtişaş deyilən məsələnin qarşısı alınıb. Kütləvi iğtişaş olmayıb. Özləri də rəsmi şəkildə deyirlər, 200 nəfərə qədər adam olub. 200 nəfərə qədər adamın içərisində 2 zabitin öldürülməsi hakimiyyətin özünün provokasiyası, hakimiyyətin özünün planı, yeritdiyi siyasətin məntiqi nəticəsdir”.

"Bunun kənardan həyata keçirilməsi mümkünsüzdür”

"Mən başa düşdüyüm və əlimdə olan zəif informasiya ilə bu qənəatdəyəm ki, burada təxribat məsələsi varsa da, Azərbyacan hakimiyyətinin, yəni bu işi hazırlayanların özlərinin təxribatıdır. Hər kəs bilirdi ki, neçə gündür dünənki günə hazırlıq görülür. Dünənki günlə bağlı polis də, hər kəs də, əlaqədar təşkilatlar və qurumlar da hamı ayaqda idi. Ayaqda olduqları yerdə birdən-birə bunun kənardan törədilməsi mümkünsüzdür. Deməli, özləri törədib”,- dedi KXCP sədri.

"O dediklərini isbatlamaqdan ötrü bunu hakimiyyət edə bilər”

"Azərbaycan hakimiyyəti bu təxribatı niyə özü törətsin ki?!” sualına isə M.Mirəlioğlu belə cavab verdi: "Axı, bir neçə gün qabaq Elmar Vəliyev məsələsi var, bu məsələni həll etmək çətinlyi var. Bir də fevralda Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkiləri ilə bağl maraqlı bir açıqlama verdi ki, prezident seçkilərinin keçirilməsinin əsas səbəblərindən birisi həm də payızda növbəti prezident seçkiləri zamanı əldə olunan məlumata görə təxribatlar hazırlanır. O dediklərini isbatlamaqdan ötrü bunu hakimiyyət edə bilər. Bu məsələdə hakimiyyətdə o qədər meylli adamlar var”.

M.Mirəlioğlu onu da qeyd etdi ki, bu hadisənin Ərdoğanın Bakıda olduğu gün baş verməsi nə təsadüfdir, nə də mesajdır: "Əslində, Ərdoğan özü ayın 10-na Bakıya gəlməyini nəzərdə tuturdu. Həmin vaxtda nəzərdə tutulub ki, Gəncədə tədbir olacaq. Amma bu tədbiri kim, niyə, nə üçün keçirib, o da ortalıda yoxdur. Nə təşkilatçısı, nə də iştirakçısı bəllidir. Amma nəticə ortadadır”.

"Gəncədə baş verənlərdə İran faktoru daha çox qabardılır. Bu ərəfədə Ermənstanın baş naziri Nikol Pşinayan İrana dəvət edilib. Bu dəvətlə baş verənlərin bir əlaqəsi ola bilərmi” sualına partiya sədri belə cavablandırdı: "Ola bilər belə bir şeylər olsun. Amma bu daha çox təhqiqat orqanlarının mövzusudur, sözsüdür. Ancaq ETTELAT, mən bildiyim qədər, Gəncədə kifayət qədər gücə malikdir”.

"Azərbaycanda Suriya hadisələrinin təkrarlana biləcəyini deyirdim”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əiiyev isə bilirdi ki, istinatq getməmiş Gəncədə baş verənlərin arxasında kimlərin və yaxud hansı güclərin durması ilə bağlı söz söylməyə çətinlik çəkir: "Ancaq onu deyə bilərəm ki, dünən baş verənlərin olacağı gözlənilirdi. Sosial şəbəkələrdə də bunun haqqında məlumat yayılırdı. Fikrimcə, qarşısının alınması üçün yetərincə hərəkət edilmədi, ictimaiyyət məlumatlandırılmadı, gərəkən addımlar atılmadı. Mən çox təəssüf edirəm ki, dünən bu hadisə baş verdi. Azərbaycan xalqının çıxarları, dövlətin maraqları baxımından xoşagəlməyən bir presedent kimi qiymətləndirilə bilən bir hadisədir. Uzun müddət mən mətbuata Azərbaycanda Suriya hadisələrinin təkrarlana biləcəyini deyirdim, ehtiyatlanırdım. Bir qrup insan deyirdi ki, bu düşmən təxribatıdır, bu ola bilməz. Artıq dünən baş verənlər də Azərbaycanda Suriya ssenarisinin inkişaf edə biləcəyini dilə gətirməyə başlayıb. Bunlar həmişə gec ayılırlar. Azərbaycanda siyasi proseslər güc müstəvisində deyil, qanun çərçivəsində həll edilməlidir və tərəflərin biri-birnə güc tətbiq etməsi, qanunsuz yollardan istifadə etməsi yolverilməzdir. Bu vaxta qədər hakimiyyət qanunları zorlayırdı, seçkiləri saxtalaşdırırdı, biz haqlı tərəf kimi ona iradlarımızı bildirirdik”.

"Məsuliyyət hakimiyyətin üzərindədir”

"Bu məsələnin təxribat olub-olması ilə bağlı bir söz deyə bilmərəm. Təhqiqat aparılsın. Mən təklif edirəm ki, tərəfsiz təhqiqat olmalıdır. Bu vaxta qədr üzləşdiymiz araşdırmalar, təhqiqatlar xarakteri daşımamalıdır. Hakimyyətin marağına uyğun olan həbslər həyata keçirilməməlidir. Ciddi siyasi kökə malik olan hadisədir. Elmar Vəliyevə qəsddən sonra cəmyyət alovlanmağa meylli bir istiqamətdədir. Bunun qarşısını almaq üçün obyektiv, qərəzsiz ictimai seqmentləri əks etdirən bir komissiya yaradılmalıdır. O zaman təxribat olub-olmamasına, digər suallara aydınlıq gətirilə bilər, yoxsa kənar dövlətin təxribatı, tərəflərin oyunu kimi səciyyələndirmək mənə elə gəlir ki, doğru deyil və bu məsələdə səbrli olmaq lazımdır. Hakimiyyətin obyektiv təhqiqatın aparılmasında maraqlıdırsa, bu komissiyanın yaradılmasına təşəbbüs göstərməlidir. Qalan bütün varinatlarda bu, o deməkdir ki, məsuliyyət hakimiyyətin üzərindədir. Əgər hakimyyət neytraa təhqiqatın aparılmasına maraqlı görünməsə, deməli, hakimiyyətin özünün də belə bir təxribatın baş tutmasında marağı olub. Mən hesab edirəm ki, bunun kənar kökləri ola bilər. Lakin təhqiqatın nəticəsi bəlli olmamış söz demək doğru deyil”, - deyə VİP sədri qeyd etdi.

"Azərbaycanın ətrafında halqa daralır”

Ə. Əliyev vurğuladı ki, vəziyyət çox mürəkəbdir: "Bu, təkcə Azərbaycanın daxili vəziyyəti ilə bağlı deyil. Ümumiyyətlə, Azərbaycanın ətrafında halqa daralır. Beynəlxalq güclər dünyanı yenidən bölünmə təşəbbüsündə vardırlar. Tramp-Putin görüşü sıradan olan görüş deyil. Dünyanın xəritəsinin yenidən cızılmasına müəlliflik edəcək bir görüş ola bilər. Mən hesab edirəm ki, bu gün hər hansı versiyanın üzərində köklənib dayanmaq olmaz, düzgün deyil. Ancaq orası aydın görünür ki, dünyada bir gərginlik var. Dünyadakı gərginlik Azərbaycana da yansıyır, yansımaya da bilməz. Biz də dünyanın bir hissəsiyik. Sonu necə olaması dünyadən gedən proseslərin tərkibi olaraq gedişatından, yönündən asılı olacaq”.

"İğtişaşların olması müxtəlif ölkələrin maraqlarının olduğunu güman etməyə imkan verir”

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, bu hadisənin arxasında kimlərin və hansı güclərin dayanmasına istintaqın cavab verməsi daha yaxşı olardı: "Çünki bir-birinə zidd məlumatlar yayılır və müxətlif fikirlər ictimaiyyət arasında səsləndirilir. Burada inandırıcılıq önəmlidir. Çox ciddi şəkildə araşdırılmalıdır. İki polis nəfərinin həlak olması, Gəncə kimi bir şəhərdə müxtəlif iğtişaşların olması əlbəttə ki, burada müxtəlif ölkələrin maraqlarının olduğunu güman etməyə imkan verir. Mənə elə gəlir ki, bunun nəticələrinə yox, səbəblərinə qiymət vermək daha məntiqlidir. Əgər doğurdan da hökumətin versiyası kimi dindarların törətdiyi əməldirsə, bu, o deməkdir ki, uzun illərdir bizim xəbərdarlıqlarımızı hökumət görməzdən gəldi. Çünki uzun illərdir biz deyirik ki, sivil müxalifətin işinə maneə törətdikcə, sivil toplımun işləməsi üçün maneələr yarandıqcaq, boşalan yer müxtəlif radikal qruplar tərəfindən doldurulacaq. Sivil toplumun zəifləməsi olaraq belə bir hadisələr baş veirirsə, hökumət siyasi məsuliyyət daşıyır. Hökumət ən azı düşünməlidir ki, ölkədəki sekulyar müxalifətçiliyin, sivil toplumun zəiflədilməsi sonuc etibarilə dövltin də maraqlarına cavab vermir, bu zaman boşalan yeri müxtəlif radikal qruplar doldurur. Yəni siyasi olaraq bu məsələyə bu cür baxmaq lazımdır”.

"Radikal qruplar boşalan yerləri doldurmağa başlayıb”

"Kriminal məsələsinə gəldikdə isə polislərin öldürülməsi çox pis haldır. Onlar allahdan rəhmət diləyirəm, ailələrinə baş sağlığı verirəm. Amma bu nəticədir. Səbəblər isə dediyim kimi sivil müxalifətin, toplumun illərdir Azərbaycanda əzilməsidir. Artıq radikal qruplar boşalan yerləri doldurmağa başlayıb. Bu da dövlət üçün çox böyük təhlükələrdən xəbər verir”,-deyə REAL sözsüçüsü vurğuladı.

"Hökumətin üzərinə məsuliyyət düsür ki, insanları inandıracaq açıqlamalar versinlər”

"Ancaq öldürülən Nizami rayon Polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı - İmamzadə türbəsinin axundu Hacı Tahir Abbasov deyir ki, bu dindarların işi deyil, dindarlar belə iş görməzlər” dedikdə isə N. Cəfərli belə cavab verdi: "Ona görə deyirəm ki, ziddiyyətli açılamalar var. Hökumət, əlaqədar təşkilatlar və qurumlar hamıyı inandıracaq şəkildə bu hadisəni çox ciddi şəkildə araşdırmalıdırlar və günahkarlar kimdirsə, bunu arxasında xarici qüvvələr varsa və yaxud daxildə hər hansısa qruplar və planlar varsa, bunun mütləq ortalığa çıxarılması və cəzalandırılması lazımdır. Əgər bu baş verməyəcəksə, bu işin ort-basdır olunmasına və əsl səbəblərin üzə çıxarılması üçün heç bir fəaliyyət göstərilməyəcəksə, heç bir zəmanət yoxdur ki, bu tipli hadisələr başqa yerlərdə də təkrarlanmayacaq. Ona görə ziddiyətli məlumatların olduğunu nəzərə alaraq çox ciddi şəkildə hökumətin üzərinə məsuliyyət düsür ki, bunu araşdırıb, insanları inandıracaq şəkildə açıqlamalar versinlər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}