Rus generalının “casus” qızı və əri Solsberidə siçovul zəhəri ilə zəhərləndi - "Rusiya kəşfiyyatı məni öldürmək istəyir..."

Rus generalının “casus” qızı və əri Solsberidə siçovul zəhəri ilə zəhərləndi - "Rusiya kəşfiyyatı məni öldürmək istəyir..."

 

Sentybarın 16-da Böyük Britaniyanın Solsberi şəhərindəki restoranlardan birində zəhərlənərək kritik vəziyyətdə xəstəxanaya yerləşdirilən və rusiyalı olduqları bildirilən iki nəfərin kimliyi məlum olub.

Sozcu.info xəbər verir ki, "The Sun” nəşri onlardan birinin həqiqətən rusiyalı olduğunu müəyyən edib. Üstəlik məlum olub ki, söhbət yenə kimyəvi maddə tətbiq olunmaqla həyata keçirilən sui-qəsd cəhdindən gedir.

Xatırladaq ki, Solsberi şəhəri Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının hərbi təyinatlı "Noviçok” qazı ilə zəhərlənməsindən sonra məşhurlaşıb. Elə bu günlərdə Böyük Britaniya hüquq-mühafizə orqanları Skripalları zəhərləyən iki QRU zabitinin görüntülərini yaydı və kimliklərini açıqladı. Amma belə görünür ki, bütün bunlar Rusiya kəşfiyyatını krallıq ərazisində yeni sui-qəsdlər həyata keçirməkdən qətiyyən çəkindirməyib.

"The Sun” yazır ki, Solsberidəki "Prezzo” italyan restoranında zəhərlənənlər 30 yaşlı rusiyalı model, İsrail vətəndaşlığı almış Anna Şapiro və onun 42 yaşlı britaniyalı əri Aleks Kinqdir.

Şapiro nəşrə deyib ki, onları qəsdən zəhərlədiklərindənəmindir. Üstəlik zəhərlənmənin hədəfi o olsa da əri daha çox zərər çəkib. Hazırda kritik vəziyyətdədir, süni komaya salınıb. Qadın özü isə xəstəxanadan buraxılıb və hazırda yerli polisin mühafizəsi altındadır.

Anna Şapiro baş verənlərin təfərrüatlarını danışıb. Deyib ki, ona həmin restoranda şam etməyi Uiltşir qraflığının Lendford kəndində evlərini kirayə götürdükləri qadın məsləhət görüb. Həmin kənd Solsberidən uzaqda deyil. Restoran isə Skripalların zəhərləndikləri gün getdikləri "Zizzi” restoranından 300 metrlikdə yerləşir.

Şapiro deyir ki, onlar restorana gələndə əri ilə bu faktı-Skripalların zəhərlənməsini yada salıblar və gülüblər. "Ümid edirik ki, bizi zəhərləməzlər. İndi buralarda hər yer təhlükəsizdir”-Anna ərinə deyib. Daha sonra o restoranda florentiya yeməyi əri isə balıq, kartof və tərəvəz sifariş verib. Habelə iki qədəh ağ şərab götürüblər.

Yeməyin sonunda Aleks Kinq özünü pis hiss edib və tualetə qaçıb. Onu 15 dəqiqə gözləyən arvadı narahat olub və tualetə gedib, bu vaxt yerə yıxılan və ağzından köpük gələn əri ilə qarşılaşıb. Şapiro köməyə çağırıb, amma dərhal o da özünü pis hiss edib. Hər ikisini xəstəxanaya yerləşdiriblər. Kinq süni koma vəziyyətinə salınıb.

"Əminəm ki, ruslar məni Britaniya casusu sayırlar. Onlar məni öldürmək istəyirlər. Mən Londonun mərkəzindən bir çox varlı biznesmenləri tanıyıram, ləhcəmə görə adamlar mənim haqqımda tez-tez başqa cür düşünürlər”-Anna deyir.

Həkimlərin bildirdiyinə görə Anna və ərinin zəhərlənməsində siçovul zəhəri istifadə olunub, bu dəfə sui-qəsdçilər əsəb-iflic qazı tətbiq etməyiblər.

Şapiro Nijniy Novqorodda anadan olub və orada yaşayıb. 2006-cı ildə ailəsinin istəyi ilə İsrail vətəndaşlığı alıb. 2008-ci ildə Londona gedib və orada indiki əri Alekslə tanış olub. Amma cütlük rəsmən ötən ay evləniblərmiş. Anna 3 il Vestminister hüquq kollecində təhsil alıb. Hazırda model işləyir, habelə təchizatla məşğul olan firması var.

Anna deyir ki, o sosial şəbəkələrdə Rusiyanın və prezident Putinin əleyhinə çıxış edib. "Mənim atam Rusiya ordusunda general olub və hərbi orkestrdə ifa edirdi. Ünvanına ölüm təhdidləri gələndən sonra Rusiyanı tərk etməli olub”-o deyir.

Anna artıq polisə ifadəsində onu Rusiya kəşfiyyatının zəhərlədiyi haqda ifadə verib. Bioloji mühafizə kostyumlarında olan polis zabitləri restoranın ətrafında araşdırma aparıblar. Hazırda restorana giriş bağlıdır. Anna deyir ki, ərinin vəziyyəti ağırdır və həkimlər onun sağalacağına təminat vermirlər.



Oxşar Xəbərlər

Xəbər lenti