Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Fransada koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarət etmək üçün 100 min polis və jandarma cəlb olunub.
Daxili İşlər naziri Kristof Kastaner bu barədə danışıb.
Nazir bildirib ki, ölkə miqyasında tətbiq olunan zəruri hallar xaricində küçəyə çıxma qadağasına nəzarət edilməsi üçün 100 min polis və jandarmaya təlimat verib.
Kastaner əlavə edib ki, keçərli səbəbi olmadan küçəyə çıxanlar 135 avroya qədər cərimə olunacaq.
Fransa Xalq Sağlamlığı Agentliyindən verilən açıqlamaya görə, koronavirus pandemiyasının qurbanlarının sayı 148-ə çatıb. Yoluxanların sayı isə 6 min 633-dür.
Fransada bütün məktəb, kafe, restoran, bar, gecə klubu, kinoteatr və ticarət məkanları bağlanıb. Ölkədə sadəcə market, aptek, bank və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir./Publika.az