Fransada neftçilər də tətilə hazırlaşırlar

 


 

Fransada neft sektorunda çalışan işçilərin təşkil etdiyi CGT həmkarlar ittifaqı hökumətin yeni pensiya islahatları layihəsinə etiraz olaraq bu gün neft emalı zavodlarında istehsalın dayandırılıb-dayandırılmayacağına dair qərar verəcək.

Sozcu.info  xəbər verir ki, işçilər indiyədək keçirilən tətillərdə neft emalı zavodlarından məhsulun paylanılmasına mane olsalar da, istehsalı dayandırmamışdılar.

CGT həmkarlar ittifaqı hökumətin pensiya islahatlarından imtina edildiyini elan etməyəcəyi təqdirdə etirazların davam edəcəyini açıqlayıb. Neft emalı zavodlarında istehsalın dayandırılıb-dayandırılmayacağına dair qərar isə bu gün veriləcək.

Tətil edən neftçilər hazırda "Total” şirkətinin Gonfrevilledən savayı Fransadakı bütün neft emalı zavodlarından məhsulun paylanmasına mane olurlar.

Xatırladaq ki, dekabrın 14-də Gonfreville neft emalı zavodundakı yanğından sonra burada istehsal qismən dayandırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti