Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Yerli politoloqların bəyan etdikləri "qaynar payız” sürət götürür. Hadisələr uşaq kaleydoskopundakı naxışlar kimi bir-birini əvəz edir. Və yeni hökumətin ictimaiyyətə arabir yaxşı xəbərlər atdığına baxmayaraq, çoxlarında bu duyum keçmir ki, bütün bunlar azdır. Xüsusən də Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın və polis rəisi Valeri Osipyanın həftənin başlanğıcında gözlənilməz istefaları fonunda. Doğrudan da, görməmək olmaz ki, nazirlər kabineti üzvlərinin çoxunu gənclər, təcrübəsiz adamlar təşkil etsə də və tez-tez sadəcə öz vəzifələrinin öhdəsindən gələ bilməsələr də, Nikol Paşinyan hökuməti səy göstərir. Baş nazir bu günlərdə jurnalistlərin diqqətini, onun fikrincə, hökumətin aktivinə yazıla biləsi yüz addıma yönəltdiyi böyük mətbuat konfransı keçirib. Ölkədə hakimiyyət dəyişikliyindən sonra minimal pensiya və donluqların həcmi artrıb, FHN işçilərinin, polisin, müəllimlərin, hərbçilərin maaşı yüksəlib, yeni ildən sonra isə pensiyalar yenidən 10% çoxalacaq. İndi qara kassasız işləməyə və vergi ödəməyə məcbur olan xeyli sayda müəssisə kölgədən çıxarılıb. Sanki yerli rəislərə "haqq” ötürmək sistemi və çətirə görə avtoritetlərə vergi keçmişdə qalıb, korrupsiya ilə mübarizə isə sürət alır. İstintaq qurumları Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərksyanın, keçmiş baş nazir Ovuk Abramyanın, keçmiş nazirlərin, idarə rəislərinin, qubernatorların qohumlarına çatıb. Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri və keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs olunub, Serj Sərksyanın doğma qardaşı isə axtarışa verilib. Respublikanın ikinci prezidenti Robert Koçaryan və general Manvel Qriqoryan müttəhimlər kürsüsündədirlər. Bununla yanaşı, ölkə vətəndaşlarının böyük çoxluğu bu adamların hamısına tezliklə cəza kəsilsin deyə məhkəmə islahatlarını sürətləndirməyi tələb etməklə keçmiş korrupsiyaçılarla mübarizənin tempindən narazıdır. Ermənistanda islahatlaırn tempindən narazılıq artır – elan edilmiş iqtisadi inqilab yerində sayır. Ölkə iqtisadiyyata önəmli yatırımı, iş yerlərinin kəskin artacağını və adamların yaşayışının keyfiyyətcə yaxşılaşacağını belə də səbirsizliklə gözləyir. Hökumət öz növbəsində bildirir ki, yatırımlar artıq var və artıq yaxın gələcəkdə bunu görməmək olmaz. Hər necə olur-olsun, iqtisadiyyatda önəmli uğurlar əvvəlkitək müşahidə olunmur, amma görməmək olmaz ki, köhnə müəssisələr bərpa olunur (məsələn, Maralik pambıqəyirmə fabriki), yeniləri açılır – günəş batareyaları, trikotaj, qab-qacaq istehsalı üzrə. Hətta çağdaş motosikl və televizor yığmaq üzrə sexlər meydana çıxıb.
Lakin hakimiyyətin bal çəlləyində zəhər payı ciddiləşir. Artıq indi hakimiyyətin -həm də Paşinyan öz reytinqini tutmağa nail olunca – ən qısa müddətə həll etməli olacağı ictimai qarşıdurma qeydə alınır. Bəli, reytinqi laxlayıb, amma dağılmayıb.
Söhbət hər şeydən qabaq açılışına hökumətin etiraz etmədiyi, amma ictimaiyyətin ciddi təşviş keçirdiyi Amulsar qızıl yatağından gedir. Lakin burada da müxtəlif rəylər var – mədənin açılışının mühümlüyündən (bəs iş yerləri, dövlət büdcəsinə on milyonlarla dollar mədaxili və başqaları necə olsun) mineral bulaqları ilə kurort Cermukun və Sevan (Göyçə-tərc.) gölünün bütün ekosistemi üçün ölümcül təhlükəyə qədər. Cermukluların özləri mədənə bütün girişləri bağlayıblar, İrəvanda etiraz aksiyaları isə kəsilmir. Amulsara görə yekun qərar hansı olacaq, o qədər də aydın deyil, amma ekoloji hərəkat Paşinyanın reytinqini ciddi laxlada bilər.
Analitiklərin çoxunun fikrincə, "1 mart işi”, daha doğrusu, ölkənin 2008-ci il martın başlanğıcında konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezidenti Robert Koçaryanın və başqalarının – generallar Yuri Xaçaturov və Seyran Ohanyanın, habelə baş nazirin keçmiş I müavini Armen Gevorkyanın məhkəməsi uzanır. O zaman hüquq qaydaları gücləri və prezident seçkilərinin nəticələrindən narazı yürüşçülər arasında qarışıqlıq və toqquşmlar zamanı 10 nəfər həlak olub, 200-dən yuxarı adam yaralanıb.
Bundan başqa, Koçaryan xüsusi böyük miqdarda rüşvət almaqda da ittiham olunur. Müxtəlif mərhələlərin məhkəmələri həbs qətimkan tədbirini – Koçaryanın həbsini artıq üç dəfə dəyişib, amma başqaları onu həmişə həbsxanaya qaytarıb. İndi keçmiş prezidentin vəkil qrupu və Koçaryanın özü əmindirlər ki, bu, siyasi təqibdir…
Bəli, cəmiyyətdə narazılar kifayət qədərdir, bu həqiqətdir, amma bu gün Nikol Paşinyan əvvəlki kimi öz seçicilərinin böyük çoxluğuna güvənə bilər. Onların səbiri uzun müddətə bəs edəcəkmi, ola bilsin, onun bu "qaynar payız”a qarşı necə dura biləcəyini məhz bu göstərər.
Aşot Qazazyan – siyasi icmalçı, yazıçı (İrəvan) Nezavisimaya gazeta, 19.09.2019