Putin Şoyqu ilə tayqada gəzdi, buludlardan da yüksəyə qalxdı, meşədə tonqal qaladı... - VİDEO

Putin Şoyqu ilə tayqada gəzdi, buludlardan da yüksəyə qalxdı, meşədə tonqal qaladı... - VİDEO

 

Rusiya prezidenti Vladimir Putin ad günü ərəfəsində uzaq Sibirdə, tayqada təbiət qoynunda dincəlib. Prezidentin mətbuat katibi Dmitri Peskovun bildirdiyi kimi tayqada payız mənzərlərinə tamaşa edib. Peskov Putinin bu gün tamam olan 67 yaşını da təbiətin qoynunda, yaxınlarının və əzizlərinin əhatəsində qeyd edəcəyini deyib.

Sozcu.info  xəbər verir ki, Putinin tayqa gəzintisinə dair videokadrlar yayılıb. Kadrlara əsasən Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə tayqa meşələrini gəzir, dağlara qalxır və tonqal qalayıb kiçik piknik təşkil edir.

Rusiya prezidenti qalxdığı zirvədən aşağıda qalan ağ buludları seyr edir, "buludlardan da yüksəyə qalxdıqlarını” bildirir. Putinin dediklərindən belə məlum olur ki, onun qalxdığı zirvə dəniz səviyyəsindən 2 min metr yüksəklikdədir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}