Qaribaşvili Paytaxtda baş verən hadisələrdə Saakaşvilini günahlandırıb - Saakaşvili isə cavabında...

Baş nazir İrakli Qaribaşvili, Tbilisidə keçirilən LGBT paradının və ona qarşı keçirilən aksiyaların arxasında Saakaşvilinin əli ilə müxalifət durduğunu iddia edib. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili, hökumətin bu günkü iclası zamanı bildirib. Onun sözlərinə görə, müxalifətin məqsədi ölkəyə vətəndaş iğtişaşları və xaos gətirməkdir:  “Bugünkü mitinqin təşkilatçılarının arxasında yenə də revanşist, radikal qruplar, yəni Saakaşvilinin rəhbərlik etdiyi radikal müxalifət durur. Bunu məsuliyyətlə bildirirəm ki, paradı və ona qarşı keçirilən mitinqləri onlar təşkil edirlər. Əlbəttə ki, onların məqsədi ölkəyə vətəndaş iğtişaşları və xaos gətirməkdir ki, bu da təbii ki olmayacaq və biz buna imkan verməyəcəyik", - deyə İ. Qaribaşvili bildirib.  Onun bu bəyanatını isə Mixeil Saakaşvili şəxsi facebook həsifəsində paylaşıb və gülən emojilərlə birgə "Vay sizin patronunuzu" şərhini əlavə edib.


Oxşar Xəbərlər

Xəbər lenti