İsraildən Qəzza ilə bağlı Təcili Açıqlama

İsrail Müdafiə Qüvvələri (IDF) insanları Qəzzaya səyahət etməkdən çəkinməyə çağırır və tövsiyələrə əməl edilmədiyi təqdirdə təhlükə barədə xəbərdarlıq edir. Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidmətinin bəyanatında deyilir.

"İsrail Müdafiə Qüvvələri Qəzzanın qapalı müharibə zonası olduğunu və ora girişin qəti qadağan olduğunu xatırladır, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, mülki əhalinin sızması onların həyatını təhlükəyə atmaqla yanaşı, İsrail hərbçilərinin fəaliyyətinə də mane olur.

"IDF sizi Qəzzaya səyahət etməkdən çəkinməyə və təhlükəsizlik qüvvələrinə döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verməyə çağırır. Əks halda həyatınız üçün ciddi təhlükə yaranır".

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti