İran neft-qaz ehtiyatlarına görə dünyada birinci yerə çıxdı - Azərbaycan torpaqlarında yeni yataqlar tapılmaqdadır

İran neft-qaz ehtiyatlarına görə dünyada birinci yerə çıxdı - Azərbaycan torpaqlarında yeni yataqlar tapılmaqdadır

 

Sozcu.info xəbər verir ki, İranda 40 ədəd yeni neft və qaz yatağı tapılıb. İranın Milli Neft Şirkətinin axtarış-kəşfiyyat departamentinin başçısı Sələf Hendi bu gün belə bir açıqlama ilə çıxış edib: "İran neft-qaz ehtiyatlarına görə dünyada birinci yerə çıxdı. Cəmi bir neçə il bundan əvvələ kimi müəyyən buruq avadanlığı cihazlarını bizə satmaları üçün biz biz əcnəbi firmaları, o cümlədən Çin şirkətlərini dilə tuturduq, indi isə özümüzü bu sahədə tam təmin edirik. Amerika sanksiyalarının yenidən tətbiq edilməsi bizim üçün problem törətmədi. Yataqların kəşfiyyatı işi öz yolu ilə gedir”.

Departamentin başçısı İranda 40 ədədə yaxın yeni neft və qaz yataqlarının aşkar edilməsini, həmçinin yaxın gələcəkdə onların istismarına başlanacağını qeyd edib.

Hendinin sözlərinə görə, bu gün İran öz ərazisinin 60%-də kəşfiyyat işləri aparır: "İlkin axtarışlar göstərir ki, Bostanabad və Şərqi Azərbaycan ostanındakı Miyan rayonlarında neft və qaz yataqları tapıla bilər. Tezliklə bu rayonlarda daha dərin araşdırmalar aparacağıq”.

Departamentin rəhbəri bildirib ki, Ərdəbil əyalətinin Muğan rayonunda ilkin qazma işləri aparılıb. Oman körfəzində isə 800 m dərinlikdə qaz yatağı tapılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}