ABŞ konqresmenləri İvanişviliyə sanksiya tətbiq edilməsini tələb etdi: “O, Putinin yaxın müttəfiqidir…”

 

ABŞ-ın respublikaçı konqresmenləri Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sozcu.info report-a istinadən xəbər verir ki, bu təşəbbüslə ABŞ Konqresində respublikaçıların ən çoxsaylı fraksiyası – "Respublikaçı Tədqiqat Komitəsi” çıxış edib.

İyunun 9-da komitə "Amerikanın güclənməsi və qlobal təhlükələrə qarşı durma” adlı məruzə təqdim edib. Sənəddə B.İvanişvilinin adı "keçmiş sovet respublikalarının suverenliyini sarsıdan” "Putinin əcnəbi dostları” arasında çəkilib.

Məruzədə qeyd olunub ki, B.İvanişvili Gürcüstanın ən zəngin insanıdır: "O, Putinin yaxın müttəfiqidir və Rusiyanın adından Gürcüstanda qeyri-sabitliyin yaradılmasında iştirak edir”.



Oxşar Xəbərlər

Xəbər lenti