Türk kəşfiyyat şefinin ölkəyə gizli səfəri: “Gecə saatlarında…”

Türk kəşfiyyat şefinin ölkəyə gizli səfəri: “Gecə saatlarında…”

 

Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəisi Hakan Fidan İraqa gizli səfər edib.

Bu barədə İraqın "Arabic” telekanalı məlumat yayıb.

Telekanalın hökumətdəki mənbədən aldığını iddia etdiyi məlumatda qeyd edilib ki, MİT rəhbəri Hakan Fidan iyunun 11-də İraqın paytaxtı Bağdada gizli səfərə gəlib. Səfər çərçivəsində Fidanın yeni qurulan Baş nazir Mustafa əl-Kazıminin rəhbərliyindəki kabinetin üzvləri ilə görüşüb.

Məlumatda səfərin gecə saatlarında gerçəkləşdiyi bildirilib.

Rəsmi Bağdad yayılan məlumatla əlaqədar açıqlama verməyib. \\Teleqraf



Oxşar Xəbərlər

Xəbər lenti