“Rusiya müxalifəti çox ciddi sürətdə post-Putin dövrünə hazırlaşır” – XAQANİ CƏFƏRLİ

“Rusiya müxalifəti çox ciddi sürətdə post-Putin dövrünə hazırlaşır”

 

"Sergey Quriyev hesab edir ki, polis avtoritar rejimin cəza aparatı rolunu oynadığı, insanlıq əleyhinə cinayətlərdə yer aldığına görə tam tərkibdə lüstrasiyaya məruz qalmalıdır”

"Rusiya müxalifəti çox ciddi sürətdə post-Putin dövrünə hazırlaşır. Artıq müxalifət hakimiyyətə gəldikdən sonra atacağı addımlarla bağlı cəmiyyəti məlumatlandırmağa başlayıb”. Sozcu.info xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, müxalifətin lideri Aleksey Navalnının prezident olacağı tərzdə baş nazir olacağı iddia edilən Paris Siyasi Elmlər İnstitutunun (Sciences Po) ömürlük professoru Sergey Quriyev "Dojd” televiziyasının "Hələki axşam deyil” proqramında çıxışı zamanı hakimiyyətə gələcəkləri tərzdə görəcəkləri işlərlə bağlı fikirlərini açıqlayıb: "Qərbdə Rusiyanın ən nüfuzlu iqtisadçısı kimi qəbul edilən Sergey Quriyevin açıqlamalarında ən çox diqqət çəkən məqam müxalifətin hakimiyyətə gələcəyi tərzdə polis orqanını tam tərkibdə lüstrasiya edəcəklərini açıqlaması oldu. Sergey Quriyev hesab edir ki, polis avtoritar rejimin cəza aparatı rolunu oynadığı, insanlıq əleyhinə cinayətlərdə yer aldığına görə tam tərkibdə lüstrasiyaya məruz qalmalıdır. Onu da qeyd etmək istərdim ki, Sergey Quriyevdən öncə müxalifət lideri Aleksey Navalnı, onun komandasının ayrı-ayrı üzvləri güc strukturlarının, xüsusilə ədliyyə orqanlarının lüstrasiya ediləcəyi ilə bağlı açıqlamalarla çıxış ediblər. Ancaq polis sisteminin tam tərkibində lüstrasiya olunacağı, bunu zəruri edən səbəblər haqqında ilk dəfə Sergey Quriyev danışdı.
Sergey Quriyevi dinlərkən Azərbaycan polisinin iyunun 7-də Yasamal rayonunda törətdiyi əməlləri xatırladım və lüstrasiyanın alternativinin olmadığına bir daha əmin oldum”.



Oxşar Xəbərlər

Xəbər lenti