Azərbaycan və İran XİN başçıları arasında görüş keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Məhəmməd Cavad Zərifin görüşü başlayıb.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələlərini müzakirə edirlər.
Qeyd edək ki, İran XİN başçısı Məhəmməd Cavad Zərif ötən gün Azərbaycana səfər gəlib.


Oxşar Xəbərlər

Xəbər lenti