10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
KREML AZƏRBAYCAN ƏLEYHİNƏ "PLANLAR" QURUR - Moskvanın məkrli niyyətini ifşa edən 3 açıqlama
Rusiya Azərbaycanın geopolitik gücündən narahatdır: Kreml yenidən “erməni kartı”na sarılır
Rusiyan
ın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər müşahidə olunur. Kreml geopolitik strategiyasına bir sıra düzəlişlər etmiş kimi görünür. Və bu düzəlişlər Ermənistanda daha çox məmnunluqla qarşılanmağa başlayıb.
Məsələ ondadır ki, hazırda Rusiyanın “ikibaşlı oyunlara” daha çox üstünlük verdiyi açıq-aşkar nəzərə çarpır. Kremli təmsil edən şəxslərin son üç açıqlaması da belə qənaətləri müəyyən mənada, təsdiqləyir. Və bu, Azərbaycan cəmiyyətində kifayət qədər ciddi suallar doğurmaqdadır.
İlk açıqlama bir müddət öncə Rusiyanın müdafiə naziri Serqey Şoyqu tərəfindən səsləndirilmişdi.
O, Ermənistanın müdafiə naziri Arşak Karapetyan ilə görüşərkən, rəsmi İrəvanı Rusiyanın Cənubi Qafqazdakı əsas təhlükəsizlik ortağı adlandırmışdı
. Erməni nazirə qılınc hədiyyə edən Rusiyanın müdafiə naziri “Ermənistana silah tədarükü başlandı” əlavəsi ilə önəmli mesaj vermiş oldu.
Məlum oldu ki, Kreml Ermənistanı silahlandırmaq ənənəsinə hələ də sadiqdir. Yaxın vaxtlarda Ermənistana yenə də müxtəlik hərbi texnika hədiyyə olunacaq. Böyük ehtimalla Kremldə düşünürlər ki, Ermənistanın buna böyük ehtiyacı var.
Çünki, son 30 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi silahlar artıq mövcud deyil. Azərbaycan ordusu 44 günlük savaş dövründə Rusiyanın Ermənistana verdiyi milyardlarla dollar dəyərində silah arsenalını məhv etdi. Və Ermənistan demək olar ki, ordusunun əhəmiyyətli bir hissəsini itirməklə yanaşı, həm də tərksilah olunmuş dövlət vəziyyətinə düşdü.
Bu, bir tərəfdən, Ermənistan ordusunun savaş qabiliyyətinin, hərbi texnikadan istifadə bacarığının olmamasından qaynaqlanırdı. Digər tərfədən isə Kremlin Ermənistana bağışladığı hərbi texnikanın əhəmiyyətli hissəsi köhnəlmiş olduğundan müasir savaş şərtlərindən çox geri qalırdı. Azərbaycan ordusu öz müasir hərbi texnikası ilə Ermənistanın əlindəki Rusiya silahlarını qısa müddətdə sıradan çıxartmaqda çətinlik çəkmədi.
A
ncaq indi Rusiya Ermənistanı yenidən silahlandırmaq niyyətinə düşüb. Rusiya müdafiə naziri S.Şoyqu rəsmi İrəvana növbəti dəfə “silah hədiyyəsi” ilə yanaşı, Ermənistan ordusunun yenidən qurulmasını da vəd edir. Və bu, məhz Azərbaycan ilə Rusiyanın münasibətlərində kifayət qədər ciddi çatlar yarada biləcək qədər önəmli məsələdir.
Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamalarında haqlı olaraq, “Rusiya Ermənistanı niyə və kimə qarşı silahlandırır” sualını artıq gündəmə gətirməyə başlayıb. Rəsmi Bakının Kremlin son davranışlarından məmnun olmadığı açıq-aşkar nəzərə çarpır. Üstəlik, Rusiyanın davranışlarına seyirçi qalmayaraq, ciddi müqavimət göstərmək niyyətində olduğu da qətiyyən diqqətdən yayınmır.
Rusiya Ermənistanı 30 il silahlandırmışdı. Ancaq Azərbaycan ordusu 44 gün ərzində Ermənistana da, Rusiya silahlarına da qalib gəlməyi bacardı. Və rəsmi Bakı hesab edir ki, savaş artıq bitdiyi üçün indi daha çox regional sülhün möhkəmləndirilməsi istiqamətində addımlar atmaq lazımdır.
Kreml təmsilçiləri vaxtaşırı Rusiyanın Azərbaycanla müsbət əlaqələri olduğunu iddia edirlər. Ancaq Rusiyanın Ermənistanı yenidən silahlandırması, bu düşmən ölkənin darmadağın edilmiş ordusunu rekonstruksiya etməsi həmin münasibətlərin üzərində çarpaz xətlər çəkə bilər. Çünki Kreml “Rusiya Ermənistanı niyə və kimə qarşı silahlandırır” sualına məntiqli arqument tapmaqda çətinlik çəkir.
Halbuki Kreml təmsilçilərinin bu mövzuda verdikləri ikinci açıqlamada hər halda, buna çəhd göstərilib
. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova əvvəlcə ölkəsinin xaricə silah ixrac etməkdə sərbəst olduğunu vurğulayıb. Ardıncasa, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah ixracında fərqli davranmadığını sözlərinə əlavə edib.
Ancaq daha sonra M.Zaxarova öz açıqlamasında bilərəkdən və ya təsadüfən daha inandırıcı arqumenti dilindən qaçırıb. O, vurğulayıb ki, Rusiyanın Ermənistana silah ixracı Cənubi Qafqazda qüvvələr nisbətinin pozulmasının qarşısını almaq məqsədi güdür. Bu isə Kremlin əsl niyyətini ortaya çıxartmış olur.
Rusiyanın Cənubi Qafqazda qüvvələr nisbətini balanslaşdırmaq kimi missiyası mövcud deyil. Bəs, onda Kreml nədən öz üzərində belə bir missiyanı götürməyi vacib hesab edir? Rusiyanın əsas hədəfi də məhz bu sualın arxasında gizlənir.
Məsələ ondadır ki, Ermənistan Rusiyanın hərbi-strateji müttəfiqidir. Kremlin regional for-postu olan bu müttəfiq son savaşda cəmisi 44 gün ərzində darmadağın edilib və əhəmiyyətsiz “geopolitik tullantı”ya çevrilib. Və reallıq Rusiyanın geopolitik proseslərdə əlini zəiflədir.
Çünki bunun əksinə olaraq, Azərbayan həm geopolitik güc mərkəzinə, həm də regionun şəriksiz lider dövlətinə çevrilib. Üstəlik, rəsmi Bakı Şuşa Bəyannaməsini imzalamaqla, Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf etdirməyə nail olub.
Ona görə də, NATO dövləti olan Türkiyənin strateji müttəfiqi Azərbaycanın daha da güclənərək, regionda şərtləri diqtə etmək imkanları qazanması gələcək perspektivlər baxımından, Rusiyanı ciddi şəkildə narahat edir.
Böyük ehtimalla Kremlin son vaxtlarda mövqeyini tədricən dəyişməsinin əsas səbəbi məhz Rusiyanın geopolitik proseslərdə Azərbaycandan asılı vəziyyətə düşmək üzrə olmasından qaynaqlanır.
Kreml Ermənistanı yenidən silahlandırıb, bu düşmən ölkəni “geopolitik tullantı” durumundan çıxarmağa cəhd göstərməklə, Azərbaycana regional problem yaratmaq qərarına gəlib. Deməli, Kremldə cavab verməyə həvəs göstərməsələr də, Rusiya Ermənistanı məhz Azərbaycana qarşı silahlandırmağa çalışır.
Rusiyanın Azərbaycana problemlər yaratmaq məsələsində kompleks addımlar atmağa cəhd göstərdiyi isə Kreml təmsilçilərinə aid üçüncü açıqlamada da diqqəti çəkir.
Belə ki, Rusiya xarici işlər naziri S.Lavrov öz ölkəsinin nəqliyyat-daşımaçılıq şirkətlərini Qarabağda açıqlan imkanlardan faydalanmağa çağırıb.
O
, hətta bölgədə magistral yolların təmir edildiyini də dilə gətirməklə, Rusiya şirkətlərinə mənfəət də vəd edib. Və bu, Azərbaycanın suveren hüquqlarına müdaxilə cəhdi kimi də dəyərləndirilə bilər.
Məsələ ondadır ki, Qarabağ Azərbaycan ərazisi olduğundan, bu bölgədə magistral yolların təmir olunası, eləcə də oraya əməkdaşlıq üçün xarici ölkə şirkətlərinin çəlb olunması rəsmi Bakının müstəsna hüququdur. Yəni, nə Rusiya xarici işlər naziri, nə də bu ölkənin prezidenti belə məsələlərə rəsmi Bakının icazəsi olmadan qarışa bilməzlər. Və bu baxımdan, S.Lavrov son dövrlərdə Rusiyanın Azərbaycana qarşı yol verdiyi üçüncü ciddi səhvin müəllifinə çevrilmiş oldu.
B
ütün bunları nəzərə aldıqda, Rusiyanın üçtərəfli anlaşmaları kobud şəkildə pozmaqla yanaşı, Kremlin həm də Ermənistanı Azərbaycana qarşı yenidən silahlandırdığı, eyni zamanda regionda gərginliyi artıra biləcək addımlar atmağa çalışdığı qənaətinə gəlmək olar. Və bu, baş verənlərə sərt müqavimət göstərəcəyi şübhə doğurmayan Azərbaycanla Rusiyanın münasibətlərinin pozulma ehtimalını ön plana çıxarır.
Oxşar Xəbərlər
“Sərhədi keçən azərbaycanlılara atəş açın!” – Nazirin əmri Ermənistanda belə heyrət doğurdu
Ermənistan Rusiyanın ölkəsindəki hərbi gücünün artırılmasını istəyir:
Şoyqu və Arutyunyan əsirlərin qaytarılmasını müzakirə etdi
Ağ Ev Ermənistana niyə Azərbaycan və Türkiyəni işarə edir:
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…