Prezidentlə xanımı "Əbu-Bəkr" məscidinin açılışında - Fotolar + Yenilənib


Aprelin 20-də Bakının Nərimanov rayonunda əsaslı təmir və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.
Sozcu.info xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qeyd edək ki, “Əbu-Bəkr” məscidi adı ilə də tanınan sözügedən ibadət ocağı 1997-ci ildə inşa olunub.
17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılıb. Hadisə nəticəsində 2 nəfər ölüb və 19 nəfər yaralanıb. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub.
Terror aktının “Meşə qardaşları” tərəfindən törədildiyi bəyan edilib.
Xəbərə fotolar əlavə edilib.












Oxşar Xəbərlər

Xəbər lenti