BMT-nin xüsusi nümayəndəsi Qazaxıstana gedəcək

Sozcu.info xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen 24-25 yanvar tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək növbəti sammitdə iştirak edəcək.
Bu barədə açıqlamanı Qazaxıstan XİN rəsmi təmsilçisi Aybek Smadiyarov verib.
Bəlli olduğu kimi, Astana formatında danışıqlarda Türkiyə, Rusiya, İran, Suriya dövləti və müxalifətinin nümayəndələri iştirak edirlər.
Suriya üzrə Astana prosesinin 21-ci sammitində İrodaniya, İraq və Liviyanın, həmçinin, BMT və Qırmızı Xaç təşkilatının təmsilçilərinin müşahidəçi qismində iştirakı gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti