Zelenski Putini öldürmək istəyir

Sozcu.info"Korrespondent.net" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini öldürmək istədiyini bildirib.
Zelenski jurnalistlərə açıqlamasında Kiyevdəki Oxmatdet uşaq xəstəxanasına raket zərbəsi kimi hallardan sonra ürəyindən belə bir arzunun keçdiyini söyləyib.
Zelenski deyib: "Mən atayam, prezidentəm, insanam... Bu adamları, övladları ölən valideynləri görəndə - belə anlarda Putini öldürmək istəyirsən. Bizim hamımız bunu çox istəyirik". Zelenskinin fikrincə Putin "nəsə içir" və düşünmür.
"Putin Ukraynada nə baş verdiyini fikirləşmir. Raket hərbi obyektə yox, düz uşaq xəstəxanasına uçurdu. Ona görə də, bu hissləri keçirirəm". 



Oxşar Xəbərlər

Xəbər lenti