Kürd Baş nazir İraq hökumətini hədələdi:"Bundan sonra sabit İraqdan bəhs etməyimiz zor olacaq"

Kürd Baş nazir İraq hökumətini hədələdi:"Bundan sonra sabit İraqdan bəhs etməyimiz zor olacaq"

 

İraq parlamentinin Kürd Muxtar Vilayətinə 17 faizlik maliyyəni 12.6 faizə endirməsinin də yer aldığı Dövlət Büdcəsi layihəsini qəbul etməsi, kürd liderlərini ayağa qaldırıb.

Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani 2018 Dövlət Büdcəsinin kürd deputatların etirazına rəğmən qəbul ediməsindən çox narahat olduqlarını, ancaq Bağdadla siyasi zəmində qarşıdurmaya getməyəcəklərini bəyan edib.

Baş nazir baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, yeni büdcə layihəsi ittifaq prinsiplərinə ziddidir: "İraq mərkəzi hökuməti və parlamenti bu qərarla birlik bağlarını çeynədi. Biz bundan ciddi qayğılanırıq. Biz bu büdcə ilə yığılıb qalmış və hissə-hissə verdiyimiz maaşları bundan sonra ödəyə bilməyəcəyik. Bu, həm də sabit bir İraqdan bəhs etməyimizi zorlaşdıracaq. Əgər bu ölkədə sülh və sabitliyin olmasını istəyirlərsə, muxtar vilayətlərlə konstitusiya çərçivəsində hərəkət etməlidirlər".

Jurnalistlərdən biri kürd siyasətçilərin Bağdad parlamentindən çəkilmə ehtimalı haqda siual verib. Baş nazir deyib ki, İraq Kürd Muxtar Vilayətinin haqlarını qorumaq üçün İraq parlamentindən çıxmayacaqlar: "Biz eyni zamanda, kürd kökənli İraq prezidenti Fuad Masumdan da müxtariyyətin və xalqının haqlarından yana mövqe bildirməsini gözləyirik".

Xatırladaq ki, yeni büdcə layihəsinə müxtariyyətin keçmiş lideri Məsud Bərzani də etirazını bildirib. O, xalqa müraciətində "Artıq İraq Kürd Muxtar Vilayətindəki bütün tərəflərin bir araya gəlib, İraq parlamentinə cavab vermə vaxtı çatıb. Bunun üçün də bütün maraqlı tərəflər vəziyyətə uyğun ortaq qərar verməlidir", – deyə bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti