2025-ci il ölkəmizdə çox vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyimiz bir il olacaq

Yanvarın 7-də cənab prezident İlham Əliyev ölkənin yerli telekanallarına müsahibə vermişdir. Müsahibənin alınmasında ölkənin əsas telekanalları iştirak etmişdir. O, bu müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi həyatı və göstəriciləri, Qarabağda həyata keçirilən quruculuq işləri, ordu quruculuğu və gələcək planlarla bağlı geniş məlumatları ölkə ictimaiyyətinə çatdırmışdır.
Müsahibədə sosial məsələlərə toxunan cənab prezident bildirmişdir ki, bu məsələ daim gündəlikdə duran əsas məsələlərdən biridir və çətinliklərə baxmayaraq ötən il büdcə gəlirləri xeyli artmışdır. Gəlirlər ölkənin ümumi xarici borcunu xeyli üstələyir və bu il yanvarın 1-dən minimum əmək haqqı 14-15% artmışdır.
Ordu quruculuğundan da danışan İlham Əliyev bildirmişdir ki, bugün bizim ordumuz dünyanın ən peşəkar ordularından biridir. Ordunun döyüş qabiliyyətini artırmaq üçün mütəmadi təlimlər keçirilir. Eyni zamanda ordunu ən müasir silahlarla təmin etmək üçün bu sahəyə ayrılan vəsait artırılaraq 8.4 mlrd.manata çatdırılmışdır.
Çıxışında Qarabağda həyata keçirilən quruculuq işlərinə geniş yer verən prezident bildirmişdir ki, ötən il Qarabağdakı quruculuq işlərinə təxminən 4 mlrd.manat vəsait ayrılmışdır. Bu vəsaitin əsas hissəsi infrastruktur layihələrinə-tunel çəkilişinə,yolların çəkilişinə, qaz və elektrik şəbəkələrinin qurulmasına xərclənmişdir. Qarabağda 10 yaşayış məntəqəsinə qayıdış təmin edilmişdir və burada təxminən 30.000 nəfər insan məskunlaşmışdır. Bu il isə daha 20 yaşayış məntəqəsinə qayıdış gözlənilir. Cənab prezident bildirmişdir ki, daha çox işlər görülə və daha çox vəsait ayrıla bilərdi. Amma əgər erməni təhlükəsi olmasaydı. Əgər xarici dövlətlər Ermənistanı silahlandırmasaydı,bizdə orduya ayrılan vəsaiti artırmazdıq, əvəzində o vəsaiti Qarabağın bərpasına sərf edərdik.
Xankəndindəki Zəfər paradı haqqında danışan İlham Əliyev bildirmişdir ki, bu onun həyatında ən qürurlu günlərdən biri olmuşdur. Hər bir Azərbaycan vətəndaşı kimi o da bu görüntüləri qürurla izləmiş və yaşamışdır. 
Zəngəzur dəhlizi ilə bağlı çıxış edən prezident bildirmişdir ki, Ermənistan 10 noyabr bəyanatının bu bəndini nə qədər tez yerinə yetirsə yaxşı olar. Biz 4 ildir səbr edirik, bu yolun dinc yolla açılacağına ümid edirik. Çünki, Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsi olmalıdır. Həmdə Ermənistan Türkiyə ilə Azərbaycan arasında maneə kimi olmamalıdır.Bildiyimiz ki, 1920-ci ilin noyabrında bolşevik rəhbərləri Qərbi Zəngəzuru Ermənistana “hədiyyə” etmişdir. Bunun nəticəsində isə həm Naxçıvanla quru əlaqəsi kəsilmişdir, həmdə 300.000 nəfərdən çox Azərbaycan türkü öz tarixi torpağından didərgin düşmüşdür. İlham Əliyev bildirmişdir ki, Rusiya imperiyasının istər XIX əsr, istərsə də XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrində oradakı bütün coğrafi yer adları Azərbaycan dilindədir. Siz orada “Sevan” gölü adlı yer görə bilməzsiniz, onun adı Göyçə gölüdür. O cümlədən yüzlərlə adı dəyişdirilmiş belə yer adları var. İlham Əliyev bildirmişdir ki, Paşinyan Qərbi Azərbaycan icmasını qəbul etməli və onların tarixi yurdlarına qayıtmasını təmin etməlidir. O bildirmişdir ki, Paşinyandan sülh göyərçini düzəlmək doğru deyil. Ondan öncəki 3 prezident faşist təfəkkürlü idi. Paşinyan isə guya özünü demokrat kimi göstərir.Halbuki 2018-2019-cu illərdə sülh dili ilə danışmırdı, r çıxışında Azərbaycanı hədələyirdi.
Xarici siyasət sahəsində yaşananlarla bağlı çıxışında cənab prezident bildirmişdir ki, II Dünya müharibəsindən sonra yaranmış dünya nizamı artıq çökmək üzrədir və bizdə bu nizam düzənində özümüzü qorumaq üçün mütləq güclü olmalıyıq.Xüsusilə Türkiyə-Azərbaycan qardaşlığı böyük bir coğrafiyada bu nizamın formalaşmasında böyük rola malikdir. Necə ki,Türkiyə hər məsələdə Azərbaycanın yanındadır, eyni zamanda Azərbaycan da Türkiyənin yanındadır. Bütün beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edirik. D-8 beynəlxaq təşkilatına da Türkiyənin dəstəyilə daxil olmuşuq. Bu təşkilat İslam dünyasının və iqtisadiyyatının böyük bir hissəsini təşkil edir.Cənab prezident bildirmişdir ki, yeni dünya nizamında söz sahibi olmaq üçün Türk Dövlətləri Təşkilatı və D-8 ölkələrinin birliyinə böyük güc düşür.
Prezident müharibə dövründə, istərsə də ondan sonrakı dövrdə İran və Fransanın Ermənistana dəstək verməsinibuledilməz hesab edir. İranın müharibədən az sonra saxta erməni nömrəli maşınlarla Qarabağa yanacaq daşıması islam dünyasına xəyanətdir. COP 29-la bağlı Fransanın az qala düşməncəsinə hərəkətlərini unutmaq olmaz. Fransa həm dəerməniləri silahlandırır, bu isə Ermənistanı məhvə aparır. Əgər Ermənistan sülh istəmirsə, biz çoxdan istəmirik. Biz sülh olmadan da inkişaf edə bilərik. 
nab Prezident İlham Əliyevin çıxışındakı vacib tezislər bizə onu deməyə əsas verir ki, 2025-ci il ölkəmizdə çox vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyimiz bir il olacaq. Bizə düşən iş isə daim dövləti və dövlətçiliyi müdafiə etmək olacaq.Allah Azərbaycanımızı qorusun və müstəqilliyimizi əbədi etsin! 
Vüsal Babayev
Suraxanı rayonu, 316 saylı tam orta məktəbin tarix müəllimi
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti