28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə erməni dilində paylaşım edib.
Sozcu.info xəbər verir ki, nazir İran xalqına göstərilən dəstəyə görə Ermənistan hökumətinə və xalqına təşəkkür edib.
Araqçi bildirib ki, Ermənistan tərəfinin iranlıların evakuasiyası və humanitar yardım göstərilməsi istiqamətində atdığı addımlar hər cür tərifə layiqdir. Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan çoxəsrlik əlaqələr bu çətin dövrdə bir daha öz möhkəmliyini nümayiş etdirib.
Nazir əlavə edib ki, bu qardaşlıq addımları İran xalqının yaddaşında qalacaq və gələcək münasibətlər üçün mühüm zəmin rolunu oynayacaq.
Musavat.com