SOCAR əməkdaşı aprel şəhidinin evinin sökülməsinə ETİRAZ ETDİ

SOCAR əməkdaşı aprel şəhidinin evinin sökülməsinə ETİRAZ ETDİ

 

Mətbuat xidmətinin rəhbəri: "Əgər SOCAR-ın hansısa əməkdaşı bu iş görübsə, ona qarşı müvafiq addımlar atılmalıdır”

"Mövcud tikilinin dağıdılması müvafiq məhkəmə qərarı ilə, məhkəmə icraçıları tərəfindən həyata keçirilə bilər”

Dünən xəbər verdiyimiz kimi, SOCAR-ın mühafizə xidmətinin əməkdaşları aprel şəhidi Rasim Məmmədovun ailə üzvlərinin yaşadığı Sabunçu rayon Ramana qəsəbəsindəki həyət evinə hücum ediblər. Həmin evin və yerləşdiyi torpaq sahəsinin bütün sənədləri qaydasında olsa da, mühafizə xidmətinin əməkdaşları iddia ediblər ki, guya, bu ev ARDNŞ-in balansında olan ərazidə tikilib. Bu baxımdan neft şirkətinin əməkdaşları evin hasarını dağıdıblar.

Dünən SOCAR-ın mühafizə xidmətinin əməkaşlarının və onlara məxsus avtomobillərin videosu Hürriyyet.org saytında yayıldıqdan sonra, bu gün onlar yenidən şəhid ailəsinin evinə gediblər. Onlar şəhdin həyat yoldaşından evin kupçasını götürüb, SOCAR-ın Mühafizə İdarəsinə getməyi və orada ərizə ilə müraciət edib, divarın tikilməsi üçün icazə istəməsini tələb ediblər.

Maraqlıdır ki, evin tikilməsindən uzun müddət keçsə də, indiyədək SOCAR tərəfindən heç bir etiraz olmayıb. Üstəlik, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsi üzərində tikintiyə də məhz müvafiq qurum tərəfindən razılıq verildiyi halda, bu ərazi necə neft şirkətinin balansında ola bilər?

Göründyü kimi, SOCAR-ın Mühafizə İdarəsində ev sahibindən divarın tikilməsi üçün icazə istənilməsi tələbinin rüşvət məqsədi ilə edildiyi ortadadır. Çünki indiyə kimi də SOCAR-ın balansında olan ərazilərdə hər gün rüşvət hesabına onlarla ev tikildiyi hər kəsə bəllidir.

Anacq SOCAR rəhbərliyi unutmamalıdır ki, divarı sökülən ev aprel şəhidinin evidir və onu nəzərə alıb, şəhidin həyat yoldaşına bu cür sayğısızlıq göstərilməməliydi. Lakin şəhidin yaxınlarının verdiyi məlumata görə, aprel şəhidi Rasim Məmmədovun evinin sökülməsinə birbaşa SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən göstəriş verilib.

Hətta sənədləri qaydasında olmasa belə, aprel şəhidinin evinin sökülməsi ədalətsiz bir qərardır. Vətən uğrunda canını fəda edən aprel şəhidinə və ailəsinə bu cür sayğızıslıq nəinki SOCAR prezidenti Rönəq Abdullayevə, heç kimə başucalığı gətirməz.

"SOCAR-ın hansısa əməkdaşı bu işi görübsə, ona qarşı müvafiq addımlar atılmalıdır”

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov "Hürriyyət”ə bildirdi ki, kimsə qeyri-qanuni tikinti işi arapmaq istəyirsə, onun qarşısı alına bilər: "Amma kimsə orada məskunlaşıbsa, evi, hasarı uçurmaq olmaz. SOCAR da bununla bağlı göstəriş verməyib. Əgər bunu edənlər SOCAR əməkdaşıdırsa, biz də araşdırma aparmaqda maraqlıyıq. Vətəndaşlara da tövsiyyə olunur ki, bununla bağlı aidiyyatı orqanlara müraciət etsinlər və onlar araşdırma aparsınlar. Əgər SOCAR-ın hansısa əməkdaşı bu iş görübsə, ona qarşı müvafiq addımlar atılmalıdır. Yəni SOCAR bu yanaşmanı dəstəkləmir. Mövcud tikilinin dağıdılması müvafiq məhkəmə qərarı ilə, məhkəmə icraçıları tərəfindən həyata keçirilə bilər”.



Oxşar Xəbərlər

Xəbər lenti