İcra başçısının arvadına vəzifə verilib

İcra başçısının arvadına vəzifə verilib

 

 

Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı "youtube” sosial şəbəkəsində yayılan səs yazısı medianın gündəmindən düşməyən Ağdam rayonun hazırkı icra başçısı Vaqif Həsənovun həyat yoldaşına Ağdam Rayon Təhsil Şöbəsində vəzifə verilib.

Ağdam rayonundan "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə icra başçısının xanımı, 1973-cü il təvəllüdlü Həsənova Sədaqət Malik qızı Təhsil Şöbəsində metodist vəzifəsinə təyin olunub. Məlumatda qeyd olunur ki, Sədaqət Həsənovanın Təhsil Şöbəsində vəzifəyə təyin olunaağı haqqında söz-söhbət bir müddət öncə yayılıbmış. Lakin rayon sakinləri belə bir halın mümkün olmayacağını düşünürmüşlər. Ancaq aprelin 24-də Sədaqət Həsənova Təhsil Şbəsinin kollektivinə təqdim olunub. Metodistin əmək funksiyasına təlim-tərbiyə müəssisələrində metodiki işləri planlaşdırmaq və təşkil etmək, eləcə də tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır. Bundan başqa metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir. Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir.

Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir. Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir. Müəllimlərin attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak edir.

Göründüyü kimi metodistin üzərinə kifayət qədər vəzifələr düşür. İcra başçısının xanımından bu vəzifələri icra etməyi tələb edəcək Təhsil Şöbəsi rəhbərini hazırkı şərtlər çərçivəsində təsəvvür etmək çox çətindir.

Ağdam rayonundan daxil olan məlumatda o da qeyd olunur ki, aprelin 25-də Təhsil Şöbəsinin Şurasının üzvüləri və  əməkdaşları rayon İcra Hakimiyyətinə çağrılıblar. İcra başçsı Vaqif Həsənovun yanında keçirilən iclasda Təhsil Şöbəsinin əməkdaşlarına geyimləri və saç düzümləri ilə bağlı xəbərdarlıq edilib.

İcra başçsının xanımının Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunması ilə bağlı redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, Sədaqət Həsənovanın əsasən Bakı və Sumqayıt şəhərlərində yerləşən Ağdam məktəblərinə nəzarəti həyata keçirəcək.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti