8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünən feministlərin Bakıda keçirdikləri aksiya ölkə gündəminin əsas mövzusuna çevrilib. Sosial mediada bu aksiyanı dəstəkləyənlərlə yanaşı, kəskin tənqid edənlər də var.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Yeni Sabah”a deyib ki, dünənki aksiyada iştirak edən qadınları feminist hesab etmir:
"Mən onları feminist saymıram, onlar feminist deyillər. Feminist qadınlar elə şüarlarla çıxış etməz. Feminist qadınlar özlərinə azadlığı bədənlə yox, seçkilərdə iştirakla, hakimiyyətdə yer tutmaqla, azad söz deməklə tələb etməlidirlər. Feminizm əcaib plakatlar deyil. Bu gün qadınlara qarşı zorakılıq edilir, evdə-eşikdə baş kəsirlər. Feminist qadın tələb etməlidir ki, bu vəziyyət dəyişsin. Məhkəmələr bu tip işlərə daha fərqli baxmalıdır”.
Hüquq müdafiəçisi aksiya iştirakçılarının səsləndirdiyi şüarlara kəsin etiraz edib: "Küçəyə çıxır ki, bu bədən mənimdir, olsun də. Sənə kim nə deyir? Mən bütün xanımların arxasındayam, amma bir qrup xanım var ki, Avropaya getmək istəyir. Avropaya getməkdən ötəri küçələrə çıxıblar. Sadəcə olaraq, polisin onları döyməyi düzgün deyil. Mən onların yerində olsaydım, icazə verərdim ki, gəzsinlər şəhəri. Qoy bütün şəhər onları görsün. Bunların hamısı oyundur. Biz bunları görə-görə gəlirik. Amma bütün xanımların arxasında durmağa hazırıq”.